Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2583/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 14 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə məcburi auditini aparmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə MN ******* nömrəli 14 oktyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC barəsində İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul etmir, onu aşağıda qeyd edilən səbəblərdən qanunsuz və əsassız hesab edir və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Belə ki, ilk növbədə Şəxs MMC tərəfindən İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyri-mümkündür. Həmin maddəyə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlara əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200000 manatdan aşağıda olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11-50 nəfər və ya illik gəlirləri ******* manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. Şəxs MMC tərəfindən AR Dövlət Statistika Komitəsinə 2020-ci il üçün verilmiş “X5”na nəzər salınsa görünər ki, 2020-ci il üzrə hesabat dövrünün əvvəlinə MMC-nin işçilərinin sayı 40 nəfər, hesabat dövrünün sonuna 32 nəfər olmuşdur. Şəxs MMC tərəfindən 2020-ci il üçün AR Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"nə diqqət edilsə, ilk növbədə görünər ki, Bəyannamənin vergi ödəyicisi haqqında ümumi məlumat adlı qrafasında MMC sahibkarlıq subyektinin meyarı kimi “kiçik” sahibkarlıq subyekti olaraq qeyd edilmişdir. Şəxs MMC tərəfindən 2020-ci il üçün AR Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"ndə hesabat dövrü üzrə MMC-nin gəlirlərinin 186162,13 manat olduğu göstərilmişdir. Təqdim edilmiş sübutlardan göründüyü kimi Şəxs MMC kiçik sahibkarlıq subyektidir. AR Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən isə kiçik sahibkarlıq subyektləri illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edən sahibkarlıq subyektlərinə aid edilməmişdir. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 14 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edirlər. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1- ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Göründüyü kimi əgər Şəxs MMC kiçik sahibkarlıq subyekti olmasaydı, o zaman MMC tərəfindən xx.xx.2021-ci il tarixdən gec olmayaraq 2020-ci il üzrə maliyyə hesabatlarının auditi aparılmalı idi. Yuxarıda sadalananlardan göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçməsindən sonra tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ən pis variant olaraq hesab edilsə ki, Şəxs MMC tərəfindən AR İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, bu zaman belə inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçməsi səbəbindən MMC barəsində inzibati tənbeh verilə bilməz. Qeyd edilənləri rəhbər tutaraq hesab edirlər ki, MMC barəsində tərtib olunmuş MN ******* nömrəli 14 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, iş materiallarına nəzər saldıqda o da aydın olur ki, inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə tərtib edildiyi halda, protokol baxılması üçün 48 saatadək müddətə hakimə göndərilməmişdir (is məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur). Bu da İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin açıq və kobud pozuntusudur. Qeyd edilənləri rəhbər tutaraq AR Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Auditorlar Platası tərəfindən auditor təşkilatları və sahibkarlıq auditorların təqdim etdikləri hesabatlara əsasən 2021-ci ilin yekunları üzrə sahibkarlıq subyektlərinin (kommeriya qurumlarının” auditdən keçmələri vəziyyətini əks etdirən siyahı hazırlanaraq mövcud qanunvericiliyin tələblərini pozmaqla məcburi auditdən yayınan sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görülməsi üçün Maliyyə Nazirliyinə göndərilmiş, həmin siyahı üzrə məlumatlar əsasında araşdırmaların nəticəsində həmin sahibkarlıq subyektləri, o cümlədən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC-nin nümayəndəsinin yazılı etirazında göstərilənlər əsassızdır, işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, qeyd etdiklərini və təqdim etdikləri sübutları nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və X4 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Bu halda mikro sahibkarlıq subyektləri mühasibat uçotunu, tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və X4 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200000 manatdan aşağıda olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11-50 nəfər və ya illik gəlirləri ******* manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Dövlət Statistika Komitəsinə 2020-ci il üçün verilmiş “X5”na əsasən 2020-ci il üzrə hesabat dövrünün əvvəlinə həmin MMC-nin işçilərinin sayı 40 nəfər, hesabat dövrünün sonuna 32 nəfər olmuşdur. Şəxs MMC tərəfindən 2020-ci il üçün Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"nin vergi ödəyicisi haqqında ümumi məlumat adlı qrafasına əsasən həmin MMC sahibkarlıq subyektinin meyarı kimi kiçik sahibkarlıq subyekti olaraq qeyd edilmişdir. Şəxs MMC tərəfindən 2020-ci il üçün Dövlət Vergi Xidmətinə təqdim edilmiş "xxxx"nə əsasən hesabat dövrü üzrə həmin MMC-nin gəlirləri 186162,13 manat kimi göstərilmişdir. Qeyd olunanlardan aydın olur ki, Şəxs MMC kiçik sahibkarlıq subyektidir. Belə olan halda, Mülki Məcəllənin 91.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada kiçik sahibkarlıq subyektləri illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edən sahibkarlıq subyektlərinə aid edilmədiklərindən Şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsinin törədilməsi qənaətinə gəlinməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2583/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2583/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver