Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2583/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİnin 23-cü Polis Bölməsindən və Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında idarə etdiyi “BMW” markalı avtomaşını saxlayaraq, DYP əməkdaşlarına qarşı kobudluq və aqressivlik göstərmişdir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2023-cü il tarixdə, saat 23:15-də, idarə etdiyi “BMW 535i minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Bu barədə 09 may 2023-cü il tarixdə müvafiq olaraq MN ******* saylı və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-2568/2023 və 3(007)-2583/2023 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(007)-2568/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-2568/2023 və 3(007)-2583/2023 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(007)-2568/2023 saylı nömrə verilsin. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2583/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2583/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver