Məhkəmə qərarları › İş №3(007)-2595/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2595/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2595/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, Protokol tərtib etmiş şəxs X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Q.Sadiq küçəsi ev 5-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən Şəxs barəsində 05 noyabr 2022-ci il tarixdə tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Cəlilbad Rayon Məhkəməsinin 12 mart 2021 -ci il tarixli, 2(073)-242/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, X2, X1 və X5 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat miqdarında aliment tutularaq iddiaçı X4 ödənilməlidir.Lakin borclu icra sənədini icra etmədiyi üçün onun, tələbkara 7020 manat borcu yaranmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, borclu qeyd olunan icra sənədi üzrə borcunu ödəmədiyi üçün onun barəsində 20 gün müddətinə inzibati həbs tənbehi verilmiş, lakin o, həmin qərardan sonra cəmi 400 manata yaxın ödəniş etmişdir, qalan borcu isə qalmaqdadır. Buna görə də, onun barəsində inzibati xəta haqqında təkrar olaraq protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alıb iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilmədi, izahat verərək göstərdi ki, Cəlilbad Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(073)-242/2021 saylı icra vərəqəsi üzrə 7020 manat aliment borcu yığılmışdır. Maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. Yeni iş yeri tapdığını nəzərə alıb, borcundan 100-200 manat ödəməsi üçün ona vaxt verilməsini,bu səbəbdən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir ki, borcunu ödəsin. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(073)-242/2021 saylı icra sənədindən görünür ki, 28 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X2, 09 fevral 2015-ci il tarixdə doğulmuş X1 və 13 mart 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 3(007)-1050/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borclu Şəxs Cəlilabad rayon Məhkəməsinin 2(073)-242/2021 saylı, 12 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmış, barəsindən inzibati tənbeh tətbiq olunduğu vaxtdan 06 ay keçsə də, tələbkara olan borcundan cəmi 400 manata yaxın ödəniş etmiş, qalan borcunu ödəməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə ilə müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri nəzərə alır. Şəxs barəsində məsuliyyətini yüngülləşdirən halllar müəyyən olunmamışdır.İnzibat xətanın təkrar törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xəxatalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlama məntəqəsinə verilsin. Şəxs Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlama məntəqəsinə verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar