Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2596/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X7 nümayəndəsi və vəkili-Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X12, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X8 iştirakları ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 Bakı şəhər idarəsinin 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, "xxxx" MMC-nin direktoru olaraq, vəzifəli şəxs qismində o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu onunla əsaslandırılmışdır ki, işəgötürən X13, vətəndaş X5 əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respubublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələblərini pozmuşdur. Lakin onlar həmin iş üzrə müvafiq protokol tərtib olunan zaman da öz etirazlarını bildirmişlər. Belə ki, əmək müqaviləsinə xitam verilərkən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməmişdir. X15 Bakı şəhər idarəsi hazırkı inzibati xəta haqqında iş üzrə 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edərək, "xxxx" MMC-nin direktoru kimi onu İXM-nin 192.4-cü maddəsi üzrə əsassız və qanunsuz təqsirli bilərək, işəgötürən olaraq vəzifəli şəxs qismində 800 manat məbləğində cərimə tətbiq etmişdir. İlk əvvəl qeyd edilməlidir ki, 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərar qanunvericilik baxımından tam qanunsuz və əsassızdır. Baş vermiş hadisənin inzibati xəta hesab edilməməsinə dair olan birinci hal ondan ibarətdir ki, AR İXM-nin 192.4-cü maddəsi üzrə tövsif edilən hadisədə heç bir inzibati xətanın əlamətləri mövcud olmadığı kimi həmin hadisənin baş verməsində də hər hansı bir motivin olmamasıdır. X9 müəssisədə əmək fəaliyyətinə başlayan tarixdən əmək münasibətlərinə xitam verilənədək əmək fəaliyyəti dövründə cəmiyyətdə müxtəlif vəzifələrdə çalışmışdır. Müəssisədə anbar sahəsində kadr idarəetməsini yenidən təşkil etmək və təkmilləşdirmək, işin həcminin azalması səbəbindən izafi xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə, bu səbəbdən də əməyin təşkilində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, ştat vahidi ixtisar olunmuş, ixtisar olunan ştat üzrə işləyən işçi X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə ixtisar edilmiş, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən əvvəl Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət edilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin əsasən işçiyə işdənçıxarma müavinəti ödənilərək, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr də daxil olmaqla onunla son haqq-hesab aparılmışdır. Əmək münasibətlərinə xitam verilən zaman işçinin əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesabı sonuncu iş günü tam şəkildə ödənilmişdir. Baş vermiş hadisə ilə bağlı işin faktiki halları ondan ibarətdir ki, işçiyə onun son haqq-hesabı ödənilərkən həmin məbləğdən 152,52 manat sadəcə olaraq texniki səhv nəticəsində, heç bir niyyət (məqsəd), motiv olmadan, məcburi dövlət sosial sığorta haqqı kimi elə həmin işçinin öz sığorta hesabına köçürülmüşdür. Lakin vətəndaşın müraciətindən sonra bu hal tərəflərindən aradan qaldırılaraq xx.xx.2022-ci il tarixdə (yəni inzibati tənbeh qərarı verilmədən daha öncə) X5 hesablaşma hesabına köçürülmüşdür. Hesab edir ki, işin faktiki hallarında motiv kimi 152,52 manat məbləğində son haqqhesabın tərəflərindən iradəvi şəkildə və ya bilərəkdən ödənilməməsi, əskik ödənilməsi, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunmasına heç bir halda xidmət etməməsi və ya digər şəxsin hesabına ödənilməsi kimi bir niyyətin və halın mövcud olmaması inzibati xəta barədə tərkibin və ümumiyyətlə hüquq pozuntusunun olmamasına dəlalət edir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati araşdırma həyata keçirərkən bu kimi faktları nəzərə almamış, elə həmin Məcəllənin 53.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, AR İXM-nin 53.1-ci maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasım qadağan edən və icraata xitam verilməsini zəruri edən hallar sadalanmışdır ki, həmin hallardan da biri inzibati xəta hadisəsinin olmaması (53.1.1-ci maddə) və inzibati xəta tərkibinin olmamasıdır (53.1.2-ci maddə). Halbuki, Azərbayan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Eləcə də həmin Qanunun 47-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Hazırkı inzibati xətaya dair iş üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli protokolla materiallara baxılarkən, qərar çıxarılmasından daha əvvəl X3 152,52 manat məbləğ artıq tərəflərindən ödənilmişdir. Lakin buna baxmayaraq cavabdehin MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı yuxarıda sadalanan faktiki və hüquqi hallar nəzərə alınmayaraq xx.xx.2022-ci il tarixdə çıxarılmışdır. Baş vermiş hadisənin inzibati xəta hesab edilməməsinə dair olan ikinci hal ondan ibarətdir ki, hadisə sadəcə texniki səhv nəticəsində baş vermiş və işçi X5 məhz digər hesabına, sosial sığorta hesabına köçürülmüşdür. Hadisəyə obyektiv cəhətdən yanaşılsa, diqqət edilər ki, texniki anlaşılmazlıq nəticəsində ödənilən 152,52 manat son haqq-hesabın kiçik bir hissəsi nə müəssisənin balansında qalmış, nə də ki, digər şəxsin hesabına köçürülmüş, elə məhz işçi X5 özünün məcburi dövlət sosial sığorta hesabına da köçürülmüşdür. Nəticədə həmin məbləğ sığorta hesabına ödənilməklə sonda yenə vətəndaşın özünə ödənilmişdir. Lakin X15 Xidməti Bakı şəhər idarəsi inzibati qanunvericiliyin tələbi üzrə bu halı inzibati xətanı istisna edən hal kimi qiymətləndirməmişdir. Halbuki, AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, inzibati xətanın tərkibi mövcud olduqda, təqsirli əməl olduqda nəzərdə tutulur. X15 Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxsin nümayəndəsinin etiraz etməsinə baxmayaq, vəzifəli şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmadan qərar qəbul edilmişdir. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və vəzifəli şəxsin iştirakı olmadan, tam araşdırma aparılmadan və nəticə etibarı ilə prosessual normaları, eyni zamanda maddi normaları kobud şəkildə pozmaqla qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırkı icraat üzrə şəxsin əməlində inzibati xətanın nə əsas, nə də ki, digər əlamətləri mövcuddur. Bütün yuxarıda qeyd olunanlardan bəlli olur ki, səlahiyyətli orqan (onun vəzifəli şəxsi) ədalətli qərar çıxarmamışdır, eyni zamanda hazırkı işdə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması baxımından aşkarlanmış faktın heç bir əlaqəli nəticəsi (tərkibin obyektiv tərəfi) yoxdur. Hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işə baxılarkən mühüm əhəmiyyətə malik hallar ətraflı araşdırılmamış, işə düzgün hüquqi qiymət verilməmişdir. X15 Xidməti Bakı şəhər idarəsinin 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 nümayəndəsi və vəkili X16 şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qərardan şikayətdə də qeyd edildiyi kimi, əmək müqaviləsinə xitam verilərkən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməmişdir. Odur ki, 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərar qanunvericilik baxımından tam qanunsuz və əsassızdır. Qeyd edilənlərlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. X15 Bakı şəhər idarəsi tərəfindən çıxarılan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbilə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə istinad edilərək, işçi X1 haqqhesabının düzgün ödənilməməsi barədədir. Əgər inzibati pozuntunun həqiqətən də törədilmiş olduğu hesab edilsə belə (halbuki, inzibati xəta hadisəsi olmamışdır), o zaman inzibati xətanın pozulma tarixi əmək qanunvericiliyinə əsasən işçi X5 əmək münasibətlərinə xitam verildiyi və ona son haqq-hesabının ödənildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalı idi. Əgər inzibati məsuliyyətə cəlb etmə müddəti İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən hesablansa, o zaman inzibati xətanın törədildiyi müddət, yəni 3 aylıq müddət xx.xx.2022-ci il tarixdə bitmiş olur ki, bu müddətdən sonra inzibati tənbeh verilə bilməz. Digər hüquqi əsas isə ondan ibarətdir ki, törədilməsi güman edilən (mübahisə edilən) inzibati xəta hadisəsinin hətta X11 Bakı şəhər idarəsi tərəfindən aşkarlanma tarixindən də 3 aydan çox müddət keçmişdir. İnzibati xəta hesab etdikləri hadisə X11 Bakı şəhər idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bunu sübut edən sənəd kimi, işçi X5 X15 Bakı şəhər İdarəsinə xx.xx.2022-ci il tarixli şikayət ərizəsi və AR ƏƏSMN-də vətəndaş müraciətinin qeydə alınma tarixi, yəni xx.xx.2022-ci il tarixdir. Əgər inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən hesablansa, o zaman inzibati xətanın aşkarlandığı müddət, yəni 3 aylıq müddət xx.xx.2022-ci il tarixdə bitmiş olur ki, bu müddətdən sonra inzibati tənbeh verilə bilməz. Şikayətdə qeyd olunan əsasları nəzərə alaraq, habelə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, X15 Xidməti Bakı şəhər idarəsinin 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X14 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında göstərmişdir ki, vətəndaş X2 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək, "xxxx" MMC-dən işdən azad olunarkən son haqq-hesabının düzgün ödənilməməsindən şikayət vermiş və həmin məsələnin araşdırılmasını xahiş etmişdir. Müraciət aidiyyəti üzrə araşdırılmış, X5 əmək müqaviləsinə xitam verilərkən işdən çıxarma müavinətinin hesablanıb ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, buna görə "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə vəzifəli şəxs qismində 800 manat məbləğində inzibati cərimə edilmişdir. X9 ilə əmək münasibətlərinə xitam verilən zaman əmək qanunvericiliyinə uyğun olaraq onun son haqq-hesabı sonuncu iş günü tam şəkildə ödənilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməmişdir. Qeyd olunan pul vəsaiti işçinin müraciətindən sonra ona ödənildiyinə görə artıq inzibati xəta baş vermişdir, pulun sonradan ödənilməsi inzibati xətanı istisna etmir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsi barədə şikayətdə göstərilənlərin əsası yoxdur, məlumat verilməsinə baxmayaraq həmin şəxs iştirak etməmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" MMC üzrə 28 iyun 2022-ci il tarixli 1383/K nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müəssisənin Masazır deposunda qrup rəhbəri vəzifəsində işləyən X9 işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 07 aprel 2015-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən işçiyə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr də daxil olmaqla onunla son haqq-hesab aparılması, bu əmrin surətinin, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabının sonuncu iş günü işçiyə verilməsi əmr edilmişdir; -“Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X9 ilə əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" MMC üzrə 28 iyun 2022-ci il tarixli 1383/K nömrəli əmr elektron qaydada 28 iyun 2022-ci il tarixdə sistemə daxil edilmişdir; -"xxxx" ASC-nin əmək haqqı ödənişi barədə ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X6 ödənilməli olan 5580,32 manat (27,76 manat komissiya haqqı tutulmaqla 5552,56 manat) 28 iyun 2022-ci il tarixdə onun hesabına köçürülmüşdür; -"xxxx" ASC-nin əmək haqqı ödənişi barədə ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X6 2022-ci ilin iyun ayı üçün ödənilməli olan 152,52 manat 10 oktyabr 2022-ci il tarixdə onun hesabına köçürülmüşdür; -X5 X15 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 29 iyun 2022-ci il tarixli ərizənin və həmin şəxsin müraciətinin qeyd olunan idarədə qeydə alınmasına dair müraciət vərəqinin surətlərindən görünür ki, o, "xxxx" MMC-dən işdən azad olunarkən son haqq-hesabının düzgün ödənilməməsindən şikayət verərək, həmin məsələnin araşdırılmasını xahiş etmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, vətəndaş X5 əmək müqaviləsinə xitam verilərkən işdən çıxarma müavinətinin hesablanıb ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələbləri pozulmuş, nəticədə 14 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında "xxxx" MMCnin direktoru X13 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə vəzifəli şəxs qismində 800 manat məbləğində inzibati cərimə edilmişdir; -“Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2çisi X10r. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC üzrə 28 iyun 2022-ci il tarixli 1383/K nömrəli əmrə əsasən həmin müəssisənin Masazır deposunda qrup rəhbəri vəzifəsində işləyən X9 işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 07 aprel 2015-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş, işçiyə işdənçıxarma müavinətinin ödənilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr də daxil olmaqla onunla son haqq-hesab aparılması, bu əmrin surətinin, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabının sonuncu iş günü işçiyə verilməsi əmr edilmiş, bu barədə əmr elektron qaydada 28 iyun 2022-ci il tarixdə sistemə daxil edilmiş, "xxxx" ASC-nin əmək haqqı ödənişi barədə ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən X6 ödənilməli olan 5580,32 manat (27,76 manat komissiya haqqı tutulmaqla 5552,56 manat) 28 iyun 2022-ci il tarixdə onun hesabına köçürülmüşdür. X3 onun son haqq-hesabı ödənilərkən həmin məbləğdən 152,52 manat məcburi dövlət sosial sığorta haqqı kimi onun öz məcburi dövlət sosial sığorta hesabına köçürülmüşdür. X5 müraciətindən sonra, 10 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən həmin hal aradan qaldırılaraq, sözügedən 152,52 manat məbləğ X5 hesablaşma hesabına köçürülmüşdür. X5 işdən azad olunarkən son haqq-hesabının düzgün ödənilməməsi barədə X15 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 29 iyun 2022-ci il tarixli ərizəsi üzrə araşdırma aparılmış, 14 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul olunaraq, işçi X5 əmək müqaviləsinə xitam verilərkən işdən çıxarma müavinətinin hesablanıb ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulmasına görə, "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə vəzifəli şəxs qismində 800 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edildiyi kimi, "xxxx" MMC-nin işçisi olmuş X9 ilə bağlanmış 07 aprel 2015-ci il tarixli əmək müqaviləsi 28 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilərək əmək münasibətlərinə xitam verilərəkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilməli olduğuna dair əmək qanunvericiliyinin tələbinə əməl olunmuşdur, lakin X3 son haqq-hesabı ödənilərkən həmin məbləğdən 152,52 manat hesablaşma hesabına deyil, məcburi dövlət sosial sığorta haqqı kimi onun məcburi dövlət sosial sığorta hesabına köçürülmüşdür. Lakin həmin hal müəyyən edildikdən sonra, 10 oktyabr 2022-ci il tarixdə aradan qaldırılaraq 152,52 manat məbləğində pul X5 özünün sosial sığorta hesabından özünün hesablaşma hesabına köçürülmüşdür. Buradan da görünür ki, X9 faktiki olaraq həmin puldan məhrum edilməmiş, yalnız texniki səhv olaraq onun digər hesabına köçürülmüşdür. Belə olan halda, həmin hal İXM-nin 192.4-cü maddəsində müəyyən edilmiş işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi kimi qiymətləndirilərək, hüquqi şəxsin rəhbərinin inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində tənbeh tətbiq olunması üçün əsaslar, "xxxx" MMC-nin vəzifəli şəxsi X7 əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydada texniki səhvə yol verilməsi nəticəsində X3 son haqq-hesab ödənilərkən həmin məbləğdən 152,52 manat hesablaşma hesabına deyil, məcburi dövlət sosial sığorta haqqı kimi onun məcburi dövlət sosial sığorta hesabına köçürüldükdən sonra, 10 oktyabr 2022-ci il tarixdə həmin aradan qaldırılaraq 152,52 manat məbləğində pul X5 özünün sosial sığorta hesabından özünün hesablaşma hesabına köçürülmüşdür, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən isə bu məsələ üzrə müraciət əsasında 14 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir, hansı ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsi bu inzibati xəta haqqında protokolun tərtib olunmasını, inzibati icraatın başlanmasını istisna edirdi. Eləcə də, müvafiq səlahiyyətli orqan tərəfindən həmin protokol əsasında işə baxılarkən hüquqi şəxsin vəzifəli şəxsinin inzibati qaydada tənbeh olunması məsələsi həll edilərkən İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata qeyd olunan qaydada xitam verilməsi məsələsi müzakirə olunmamış və həllini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən qaydada qanunla müəyyən edilmiş əsaslar müəyyən olunduğundan, şikayət təmin edilməli, X15 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 800 manat məbləğində inzibati cərimə edilməsinə dair 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, həmin əsaslarla iş üzrə icraata xitam verilməli olduğu müəyyən edildiyindən, qərardan şikayət vermiş şəxsin nümayəndəsinin müddətin keçməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair vəsatətinin müzakirəsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 800 manat məbləğində inzibati cərimə edilməsinə dair 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2596/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2596/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver