Məhkəmə qərarları › İş №3(007)-2596/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2596/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2596/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Şikayətçi "xxxx" MMC-nin direktorunun nümayəndəsi və vəkili Vəkil inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, X13 Xidmətinin (DƏMX) Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən 26 aprel 2023-cü il tarixində MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Həmin qərara əsasən “EMSA FOOD“ MMC-nin X2 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1300 (min üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. İnzibati tənbehin tətbiq olunmasına əsas kimi həmin qərarda qeyd edilir ki, X1 xx.xx.2022-ci ildə X16 verilərkən AR-sı ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ona düşən bütün ödənclər tam məbləğdə çıxdığı gün ödənilməmişdir. “Emsa Food" MMC-nin əvvəllər işçisi olmuş Verdiyeva Elmiranın şirkətdəki son iş günü X16 verilməsi ilə bağlı X5 göründüyü kimi 14 dekabr 2023-cü il olmuşdur. Hazırki şikayətə əlavə edilmiş xx.xx.2022-ci il tarixli KM 14 nömrəli ödəniş tapşırığından göründüyü kimi, Elmira Verdiyevava 262.88 AZN (Son haqq-hesab: 150.83 AZN; ay ərzindəki iş günlərinə görə əmək haqqı: 112.05 AZN) ödənilmişdir. Bu da təsdiq edir ki, şirkət tərəfindən İXM- nin 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilməmiş, işçiyə işdən çıxdığı gün hesab (anmalı olan bütün ödənişlər tam şəkildə ödənilmişdir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci ildə şirkətin mühasibatlıq şöbəsinin əməkdaşı tərəfindən yol verilmiş yanlışlıqla, yəni texniki səhv nəticəsində Elmira Verdiyevanın hesab nömrəsinə 400 AZN ödəniş edilmişdir. Həmin ödəniş yanlışlıqla olduğu üçün xx.xx.2022-ci il tarixində şirkət tərəfindən "Kapital Bank” ASC-ə ərizə ilə müraciət edilərək həmin 400 AZN məbləğində vəsaitin geri qaytarılması barədə müraciət olunması və geri qaytarılması dəfələrlə DƏMX-nin vəzifəli şəxslərini diqqətinə çatdırılmasına baxmayaraq onlar bu faktı ümumiyyətlə nəzərə almamış, nəticədə hüquqi şəxsin direktorunun hüquqlarını pozan qərar qəbul edimişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi Vəkil məhkəmə iclasında bildirdi ki, işçi ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli X16 verilməsi barədə əmrə əsasən AR-sı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, işçinin son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmiş, bank tərəfindən xx.xx.2022-ci il tarixdə 262.88 manat işçinin ******************** saylı hesab nömrəsinə köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə işçinin hesab nömrəsinə köçürülmüş 400 manat məbləğində vəsait maliyyə şöbəsində baş vermiş səhvlə bağlı olmuş, bununla bağlı "xxxx" tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə ilə banka müraciət olunmuş, səhvən edilmiş müvafiq köçürmələrin hesaba geri qaytarılması xahiş olunmuşdur. Bununla bağlı sənədləri məhkəməyə təqdim edərək işin halları kifayət qədər araşdırılmadığından qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 bildirmişdir ki, işçi E.Verdiyevanın şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, onunla X16 verilərkən işçiyə ödəniməli olan son haqq hesab X16 verildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İş araşdırılarkən "xxxx" MMC tərəfindən onlara səhvən köçürmə barədə məlumat verilməmiş, baş vermiş inzibati xətaya dair qərar qəbul edilərkən X13 Xidmətinin bu barədə məlumatsız olduğunu bildirmişdir. Lakin, hər bir halda işçiyə ödənilmiş son haqq-hesab düzgün hesablanmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin direktor X9 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X1 X16 verilərkən AR-sı ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş, ona düşən bütün ödənclər tam məbləğdə çıxdığı gün ödənilməmişdir. buna görə "xxxx"MMC-nin baş direktoru X9 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1300 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli X16 verilməsi barədə əmrə əsasən işçinin son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmiş, həmçinin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına və 2 saylı Qoşmaya əsasən son haqq-hesab olaraq 262.88 manat işçinin ******************** saylı hesab nömrəsinə köçürülmüşdür. Həmçinin İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən işçi Elmira Verdiyevanın hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə köçürülmüş 400 manat məbləğində vəsait səhvən köçürülmüş, bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə banka müraciət olunmuş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 400 manat məbləğində vəsaitin ******************** saylı hesabdan geri qaytarılması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qərar qanunsuzdur, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, işçi ilə X16 verilərkən ona ödənilməli olan son haqq-hesabla bağlı ödəniş tapşırığı əmək müqaviəsinə xitam verildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir. xx.xx.2022-ci il tarixdə olunmuş 400 manat məbləğində ödəniş isə səhvən işçinin hesab nömrəsinə köçürülmüş və həmin ödənişin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən ödəniş tapşırığı verilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 26.4.2023- cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilsin, həmin qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar