Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2604/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin direktoru Kurt Erdalın iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Türkiyə Respublikasının vətəndaşları Özkan Duran və Murat Aslan iş icazələri olmadan Şəxs MMC-də aşpaz vəzifəsində işləmişlər. Bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin baş inspektoru N.A.İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Miqrasiya Nəzarəti Baş İdarəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikası vətəndaşları Özkan Duran və Murat Aslan barəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində hər iki əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alındıqları və Şəxsndə, Bakı şəhəri, Nizami rayonu, ev 39-da aşpaz vəzifəsində işlədikləri məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iş icazəsinin verilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarları ilə Şəxs MMC-nin Türkiyə Respublikasının vətəndaşları xx.xx.1972-ci il təvəllüdlü Aslan Murata və xx.xx.1981-ci il təvəllüdlü Duran Özkana iş icazəsinin verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətləri təmin edilməmişdir. Aslan Murat və Duran Özkanın izahatları alınan zaman Şəxs MMC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halı aşkar olunmuş, Aslan Murat və Duran Özkan iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarına görə Azərbaycan Respublikasının İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinib ölkə hüdudlarından inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə olunmuşlar. Şəxs MMC-nin barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X4 və Duran Özkanın iş icazələri alınmadan Şəxsndə işə cəlb edilməsi qeyd olunmuş və MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Kurt Erdal izahat verərək bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşları Aslan Murat və Özkan Duran Şəxs MMC-nin “Biz- Bizə” restoranında aşpaz işləmələri üçün onun tərəfindən dəvət olunmuşlar. Aslan Murata və Duran Özkana iş icazəsinin verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən təmin edilməmişdir, həmin vaxtdan onları görməmişdir. Həmin şəxslər Şəxs MMC-də hər hansı bir işə cəlb olunmamışlar. 28 aprel 2023-cü ildə o, “Biz-Bizə” restoranında olmamışdır. Həmin vaxt restoranı fərdi sahibkar kimi qardaşı Şükrü Kurt işlətmişdir. Aslan Murat və X5 Miqrasiya Xidmətinə çağıraraq “Biz-Bizə” restoranında aşpaz işləmələri barədə izahat verməyə məcbur etmişlər, onlar da bu barədə “102” xidmətinə zəng vurmuşlar. xx.xx.2023-cü il tarixdən Şəxs MMC fəaliyyət göstərmir. Şəxs MMC-nin fəaliyyəti rəsmi olaraq xx.xx.2023-cü il tarixdə xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,Türkiyə Respublikasının vətəndaşı Aslan Murat iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinib ölkə hüdudlarından inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə olunmuşdur. - Aslan Muratın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi izahatın surətindən görünür ki, Şəxs MMC-nin dəvəti ilə xx.xx.2022-ci il tarixdə gəlmiş və “Biz-Bizə” restoranında aşpaz işləmiş, ayda 1700 manat əmək haqqı almışdır. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Duran Özkan iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinib ölkə hüdudlarından inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə olunmuşdur. - Duran Özkanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi izahatın surətindən görünür ki, Şəxs MMC-nin dəvəti ilə xx.xx.2022-ci il tarixdə gəlmiş və “Biz-Bizə” restoranında aşpaz işləmiş, ayda 1700 manat əmək haqqı almışdır. - Şəxs MMC-nin direktoru Kurt Erdal tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmiş əcnəbi işçinin işə cəlb edilməsi zəruriliyini əsaslandıran arayışların surətindən görünür ki, şirkətin ünvan 1 ünvanında fəaliyyət göstərən “Biz-Bizə” restoranına aşbazlar tələb olunduğu üçün əcnəbi və yerli işçilərin işə cəlb olunmsı zərurəti yaranmışdır. Aslan Murat və Duran Özkan Şəxs MMC-ni qane edən şərtlərə və yüksək peşəkarlığa malikdirlər. Türkiyə vətəndaşları Aslan Murat və Duran Özkanın haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. - TUR U26658088 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X6 Respublikasının vətəndaşıdır. - TUR U27280276 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X7 Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətiin iş icazəsinin verilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli, və xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarlarından görünür ki, Şəxs MMC-nin Türkiyə Respublikasının vətəndaşları xx.xx.1972-ci il təvəllüdlü Aslan Murata və xx.xx.1981-ci il təvəllüdlü Duran Özkana iş icazəsinin verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətləri təmin edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, ərizəyə əsasən **********-16001 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixdə xx.xx.2028-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər üçün müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsinin onları işə cəlb edən şəxs vasitəsilə alınmasını imperativ norma kimi müəyyən etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Türkiyə Respublikasının vətəndaşları Aslan Murat və Duran Özkan iş icazələri alınmadan Şəxs MMC-də işə cəlb olunmuşlar. Şəxs MMC-nin direktoru Kurt Erdalın izahatında göstərdiyi dəlillər özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 578.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə- vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2604/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2604/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver