Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2609/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi ilə, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “Verdiktum” vəkil bürosunun vəkili X2, protokol tərtib etmiş Nizami RPİ 23-cü PB-nin sahə inspektoru Həbib Süleymanovun iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal qəsəbəsi, Y/S döngə 8, ev 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Ə.Nəvai küçəsində polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin TH-nin inspektoru Rüstəm Xalıqov tərəfindən 23-cü Polis Bölməsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Ə.Nəvai küçəsində qanunsuz tikintinin aparılması barədə Nizami Rayonu İcra Hakimiyyəti əməkdaşları tərəfindən məlumat daxil olmuşdur. Nizami RPİ-nin İTŞ-nin rəisi ilə birlikdə qeyd olunan ünvana yaxınlaşdıqdan sonra İTŞ-nin rəisinin göstərişi əsasında qanunsuz tikilinin aparıldığı ərazinin fotoşəkillərinin çəkməyə cəhd edərkən 3 nəfər şəxs tərəfindən hücuma məruz qaldığı qeyd olunmuşdur. Həmin şəxslərə polis əməkdaşı olduğunu bildirsə də, onlar tərəfindən hərəkətlərinə davam etdirilmiş, bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, polisə tabesizlik göstərilmişdir. Həmçinin, həmin 3 nəfər şəxs, o cümlədən, X1 tərəfindən qanunla müəyyən olunmamış yerdə tütün məmulatları istifadə etdiyinə görə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilmişdi. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, onun tərəfindən polisə müqavimət göstərilməmiş, buna baxmayaraq ilk öncə Nizami RPİ-nə, daha sonra isə Nizami rayon 23cü PB-nə aparılıb, onun barəsində inzibati xətaya dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi bildirdi ki, polis əməkdaşı tikilinin aparıldığı əraziyə daxil olarkən polis əməkdaşı olduğunu bildirməmiş, mülki geyimdə olmuş, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən polisə tabesizlik olmamışdır. Qeyd olunan səbəblərdən barəsində inzibati xətaya dair icraat aparılan şəxs, Şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, inzibati xəta haqqında protokol İXM-nin 535.1-ci maddəsi ilə deyil, 563-cü maddəsi ilə tərtib olunmuşdur. Protokol tərtib etmiş şəxs Nizami RPİ 23-cü PB-nin sahə inspektoru Həbib Süleymanov bildirdi ki, protokolu raport əsasında tərtib etmişlər. Belə ki, raporta əsasən xx.xx.2022-ci il tarixdə Ə.Nəvai küçəsində qanunsuz tikintinin aparılması barədə Nizami Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən məlumat daxil olduqda, Nizami RPİ-nin TH-nin inspektoru Xalıqov Rüstəm, Nizami RPİ-nin İTŞ-nin rəisi ilə birlikdə qeyd olunan ünvana yaxınlaşdıqdan sonra, İTŞ-nin rəisinin göstərişi əsasında qanunsuz tikilinin aparıldığı ərazinin fotoşəkillərinin çəkməyə cəhd edərkən, 3 nəfər şəxs tərəfindən hücuma məruz qaldığı qeyd olunmuşdur. Bunun əsasında həmin vətəndaşlar 23-cü PB-nə gətirilmişlər. Qeyd olunan səbəbdən də, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Həmçinin, vətəndaş barəsində inzibati xətaya dair protokolda İXMnin 563-cü maddəsinin qeyd olunmasının texniki səhv olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Nizami RPİ-nin TH-nin inspektoru Rüstəm Xalıqov bildirdi ki, xx.xx.2022-ci il tarixdə Ə.Nəvai küçəsində qanunsuz tikintinin aparılması barədə Nizami Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən məlumat daxil olduqdan sonra Nizami RPİ-nin İTŞ-nin rəisi ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmış, İTŞ-nin rəisinin göstərişi əsasında qanunsuz tikilinin aparıldığı ərazinin fotoşəkillərinin çəkməyə cəhd edərkən müvafiq şəxslər, o cümlədən Şəxs tərəfindən hücuma məruz qalmışdır. Belə ki, qeyd olunan şəxs polisə əl-qol hərəkətləri ilə müqavimət göstərməklə yanaşı nalayiq söyüşlərlə onu təhqir etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında tədqiq olunmuş videoçəkilişlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 18:45-də radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2609/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2609/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver