Məhkəmə qərarları › İş №3(007)-2610/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2610/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2610/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə,barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “Verdiktum” vəkil bürosunun vəkili X1, protokol tərtib etmiş Nizami RPİ 23-cü PB-nin sahə inspektoru Həbib Süleymanovun iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nzami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vət Şəxs xx.xx.2022ci il tarixdə Nizami rayonu, Ə.Nəvai küçəsində polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin TH-nin inspektoru Rüstəm Xalıqov tərəfindən 23-cü Polis Bölməsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Ə.Nəvai küçəsində qanunsuz tikintinin aparılması barədə Nizami Rayonu İcra Hakimiyyəti əməkdaşları tərəfindən məlumat daxil olmuşdur. Nizami RPİ-nin İTŞ-nin rəisi ilə birlikdə qeyd olunan ünvana yaxınlaşdıqdan sonra İTŞ-nin rəisinin göstərişi əsasında qanunsuz tikilinin aparıldığı ərazinin fotoşəkillərinin çəkməyə cəhd edərkən 3 nəfər şəxs tərəfindən hücuma məruz qaldığı qeyd olunmuşdur. Həmin şəxslərə polis əməkdaşı olduğunu bildirsə də, onlar tərəfindən hərəkətlərinə davam etdirilmiş, bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, polisə tabesizlik göstərilmişdir. Həmçinin, həmin 3 nəfər şəxs, o cümlədən, Şəxs tərəfindən qanunla müəyyən olunmamış yerdə tütün məmulatları istifadə etdiyinə görə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilmişdi. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, hadisə baş verdikdən bir neçə saat sonra polis əməkdaşları Ə.Nəvai küçəsində tikilinin aparıldığı yerə yaxınlaşıb, onu Nizami RPİ-nə, daha sonra isə Nizami rayon 23-cü PB-nə aparmışlar. Onun tərəfindən polisə heç bir tabesizlik olmadığını, bunu hadisə baş verən zaman aparılmış video çəkilişlə də sübut olunduğunu bildirmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati xətaya dair icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi bildirdi ki, polis əməkdaşı tikilinin aparıldığı əraziyə daxil olarkən polis əməkdaşı olduğunu bildirməmiş, mülki geyimdə olmuş, ümumiyyətlə Şəxs tərəfindən polisə tabesizlik nümayiş olunmamışdır. Qeyd olunan səbəblərdən barəsində inzibati xətaya dair icraat aparılan şəxs, Şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Şəxs barəsində inzibati xəta haqqında protokol İXM-nin 535.1-ci maddəsi ilə deyil, 536-cü maddəsii ilə tərtib olunmuşdur. Protokol tərtib etmiş şəxs Nizami RPİ 23-cü PB-nin sahə inspektoru Həbib Süleymanov bildirdi ki, protokolu raport əsasında tərtib etmişlər. Belə ki, raporta əsasən xx.xx.2022-ci il tarixdə Ə.Nəvai küçəsində qanunsuz tikintinin aparılması barədə Nizami Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən məlumat daxil olduqda, Nizami RPİ-nin TH-nin inspektoru Xalıqov Rüstəm, Nizami RPİ-nin İTŞ-nin rəisi ilə birlikdə qeyd olunan ünvana yaxınlaşdıqdan sonra, İTŞ-nin rəisinin göstərişi əsasında qanunsuz tikilinin aparıldığı ərazinin fotoşəkillərinin çəkməyə cəhd edərkən, 3 nəfər şəxs tərəfindən hücuma məruz qaldığı qeyd olunmuşdur. Bunun əsasında həmin vətəndaşlar 23-cü PB-nə gətirilmişlər. Qeyd olunan səbəbdən də, onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Həmçinin, vətəndaş barəsində inzibati xətaya dair protokolda İXMnin 563-cü maddəsinin qeyd olunmasının texniki səhv olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Nizami RPİ-nin TH-nin inspektoru Rüstəm Xalıqov bildirdi ki, xx.xx.2022-ci il tarixdə Ə.Nəvai küçəsində qanunsuz tikintinin aparılması barədə Nizami Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən məlumat daxil olduqdan sonra Nizami RPİ-nin İTŞ-nin rəisi ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmış, İTŞ-nin rəisinin göstərişi əsasında qanunsuz tikilinin aparıldığı ərazinin fotoşəkillərini çəkməyə cəhd edərkən müvafiq şəxslər tərəfindən hücuma məruz qalmışdır. Həmçinin məhkəməyə verdiyi ifadəsində qeyd etdi ki, vətəndaş Şəxs konkret olaraq polisə tabesizlik etməsə də, o da hadisə baş verən zaman orada olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə verdiyi ifadələrdə, həmçinin təqdim olunmuş videoçəkiliş məhkəmə iclası zamanı tədqiq olunarkən, həmin kadrlarda vətəndaş Şəxs tərəfindən polisə tabesizlikdə özünü göstərən hərəkətlər müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında polis əməkdaşı Nizami RPİ-nin TH-nin inspektoru Rüstəm Xalıqovun verdiyi ifadədə vətəndaş Şəxs tərəfindən polisə tabesizliyə yönəlmiş konkret hərəkətlərin edilmədiyi bildirilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, inzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin göründüyü kimi həmin əməlin tərkibini yaradan hal baş verməmişdir. Həmçinin İXM-in 75-ci maddəsinə əsasən də inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar