Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2614/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə şəhəri, Ə.Ədilov küçəsi, ev 64-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, F.Yusifov küçəsi ev 29, mənzil 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 31 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 22 avqust 2022-ci il tarixdə saat 23 radələrində Şəxs idarə etdiyi “Blazer-XR” markalı 49 kub mühərrik ölçülü mopedlə avtomobil bazarı istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, körpünün üstü ilə Yeni Günəşli qəsəbəsi istiqamətinə doğru 40-45 km/saat sürətlə sağ hərəkət zolağı ilə hərəkət edib, yolun “Mala Praqa” restoranının qarşısından keçən hissəsində onunla eyni istiqamətdə qarşısında hərəkət edən nəqliyyat vasitəsi sol zolağa keçmiş, bu vaxt yolun sağ kənarında avtomobilin nazaslığı ilə bağlı qəza siqnalını yandıraraq dayanmış, Zərərçəkmiş şəxs Rəsul oğlunun etibarnaməsiz idarə etmiş olduğu “Land-Rover” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili görsə də, mopedi saxlaya bilməyib avtomobilin arxa hissəsinə vuraraq onunla toqquşmuş, nəticədə qeyd olunan avtomobilin əzilməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər yetirilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə saat 23 radələrində “Land Rover” markalı **-SU-*** nömrəli avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, körpünün üstü ilə Yeni Günəşli qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən avtomobildə nasazlıq yarandığına görə yolun “Mala Praqa” restoranının qarşısından keçən hissəsində yolun sağ kənarında qəza siqnalını yandıraraq dayanmışdır. Bu vaxt bir moped avtomobil bazarı istiqamətindən onun hərəkəti istiqamətində gələrək avtomobilinin arxa hissəsinə vuraraq toqquşmuşdur. Sonradan adını bildiyi moped sürücüsü Şəxs özü xəsarət alaraq Sabunçu tibb mərkəzinə aparılmışdır. İnzibati xəta hadisəsi ilə bağlı moped sürücüsü Şəxs şikayəti yoxdur. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirkar sürücü Şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində yalnız özü az ağır zərərvurmaya aid bədən xəsarətləri aldığı, digər hərəkət iştirakçıları xəsarət almadıqları, buna görə də Şəxs əməlində cinayət tərkibi yaranmadığı ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2614/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2614/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver