Məhkəmə qərarları › İş №3(007)-2616/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2616/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2616/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1998-ci ildə Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağstafa rayonu, Vurğun qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.3-cü maddələri ilə Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs sərxoş halda, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi “Renault Megane” markalı **-FJ-*** nömrə nişanlı avtomobillə Məhsəti küçəsində hərəkətdə olarkən “Yol ver” nişanına əməl etmədən, nəticədə qarşıda hərəkətdə olan “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, həmin avtomobilin isə dəmir darvazaya çırpılması nəticəsində, həmin avtomobilə və darvazaya maddi zərər vurmuşdur. Bununla da o, İXM-in 327.2, 333.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də bir az spirtli içki içmişdir. Bundan sonra avtomobilinə oturub, idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Müayinə nəticəsində spirtli içki içməsi müəyyən edilmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edərək baş vermiş hadisə nəticəsində digər avtomobilə dəymiş zərərin sığorta vasitəsilə aradan qaldırıldığını, həmçinin darvazaya dəymiş zərərin isə barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən aradan qaldırıldığını, bubla da zərərçəkmiş şəxs X1 heç bir şikayət və tələbinin olmadığını bildirdi. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli, 2/37211 saylı Akt ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəliyev X3 Xətalar Məcəlləsinin 327.2, 333.3-cü maddələri ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 manat (yeddi yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar