Məhkəmə qərarları › İş №3(007)-2618/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2618/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2618/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs olan Şəxs MMC barəsində İXM-nin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 00800-00616/25 (EP 0193991) saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əsasən (Vergilər Nazirliyinin internet saytından çıxarış) hüquqi şəxs olan Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1əkətsizliklə törədildiyindən inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Buna görə də hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən bu məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində İXM-nin 493-cü maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar