Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-262/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1980-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Kalinin qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 26 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 21.09.2021-ci il tarixli icra qeydinə əsasən Şəxs 1820 manat tutularaq X3 ödənilməlidir. Borclu heç bir ödəniş etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işdə olan 22.09.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 21.09.2021-ci il tarixli icra sənədi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 22.09.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 21.09.2021-ci il tarixli icra qeydinə əsasən Şəxs 1820 manat tutularaq X3 ödənilməlidir. Lakin, xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu heç bir ödəniş etməmiş və ödəniş edə bilməməsini işləməməsi və maddi imkanının olmaması ilə izah etmişdir. Məhkəmə iclasında borclu X2 izahatında göstərmişdir ki, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 21.09.2021-ci il tarixli icra qeydinə əsasən X3 1820 manat pul ödəməlidir. Lakin, işləmədiyinə və maddi imkanı olmadığına görə hal hazıradək heç bir ödəniş etməmişdir. Borcu ödəməkdən imtina etmir və işə düzəldikdən dərhal sonra borcunu ödəyəcəkdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək qeyd edir ki, Z.M.Həmzəyevin barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işə əlavə olunmuş sənədlərdən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 21.09.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X1 mülkiyyətində olan “Hummer” minik markalı ** CB *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda Bakı şəhəri 50 saylı Notariat Kontorunun 21.09.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar zəruri tədbirlər görüldüyündən borclu X1 əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu X1 barəsində tərtib olunmuş 26 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-262/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-262/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver