Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2622/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə hazırlıq mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, toza qarşı allergiyalı olduğu üçün bir anlıq tibbi maskanı çıxarıb burnunu sildiyi an sahə rəisi tərəfindən saxlanılmışdır. X4 tibbi maskadan istifadə qaydalarını toza qarşı allergiyalı olduğu üçün pozduğunu iddia etsə də, bu barədə müvafiq tibbi arayışı şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında X1 tərəfindən verilmiş şikayət və sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında X1 tərəfindən verilmiş şikayət və sənədlər geri qaytarılsın. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2622/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2622/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver