Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2625/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Füzuli rayonunun Mollaməhərrəmli kəndində anadan olmuş, Füzuli rayonu, Mollaməhərrəmli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 74 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 30.08.2021-ci il tarixdə saat təxminən 22:19 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Bizim” marketin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan” markalı, 99-A-422 dövlət qeydiyyat nişanlı motosikl ilə Şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə motosiklin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq 3 saylı ŞKX-na müraciət etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis kapitanı S.S.Hüseynov tərəfindən 16.10.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 30.08.2021-ci il tarixdə saat təxminən 22:20 radələrində o, etibarnamə ilə idarə etdiyi “Vaz-21074” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ilə Q.Qarayev prospekti istiqamətində 20-30 km/saat sürətlə hərəkət edərək B.Nuriyev küçəsindən sola “Bizim" marketin avtomobillər üçün nəzərdə tutulmuş dayanacağına dönən zaman qarşıdan, yəni B.Nuriyev küçəsindən E.Süleymanov küçəsi istiqamətində hərəkətdə olan motosikl idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Motosiklin sürücüsü xəsarət almışdır. Motosiklin sürücüsü Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na aparmış, dərmanlarını almış, 150 manat xərc çəkmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 30.08.2021-ci il tarixdə saat təxminən 22:20 radələrində idarə etdiyi “Tufan” markalı, 99-A-422 dövlət qeydiyyat nişanlı motosikl ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ilə E.Süleymanov küçəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman qarşıdan, yəni B.Nuriyev küçəsindən gələn “Vaz-21074” markalı avtomobil öz hərəkət etdiyi zolaqdan qəflətən sola dönərək B.Nuriyev küçəsində yerləşən “Bizim” marketin avtomobillər üçün dayanacağına dönmək istəyən zaman qabaq hissəsi ilə idarə etdiyi motosikllə toqquşmuşdur. O, zərbənin təsirindən yerə yıxılaraq xəsarət almış, huşunu itirmişdir. Ətrafdakı şəxslər onu xəstəxanaya aparmışlar. Xəstəxanada ona bütün xərclərini qarşılayacaqlarını bildirmişlər, o da şikayət etməyəcəyini bildirmiş, razılaşmışlar. O, xəstəxanadan evə gələndən sonra halı pisləşmiş, İlkinə zəng edib məlumat vermiş, lakin ona heç bir köməklik göstərməmişlər. Yol nəqliyyat hadisəsi zamanı 4000 manat xərci çıxmış, 900 manatını sığorta ödəmiş, qalanını özü ödəmişdir. Motosiklini və telefonunu düzəltdirmək üçün 700 manat pula ehtiyacı vardır. Ona dəymiş ziyan ödənilməmişdir. O, müalicə xərclərinin ödənilməsini istəmir, yalnız motosiklin və telefonun təmiri üçün lazım olan 700 manat pulu istəyir. Şəxs qarşı şikayəti vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 01.09.2021-ci il tarixli, 766 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs penis cisminin sirkulyar əzilmiş yarası, sağ ayağın baş barmağının bütünlüklə sirkulyar şişkinlik halında əzilməsi, sağ ayağın baş barmağın dırnaq yatağının qansızması, döş qəfəsi və qarnın sağ yarısının ön səthi, sol daban nahiyəsinin iç kənarı, sol aşıq-baldır oynağı proyeksiyasının ön səthi və xayalığın sağ yarısının qançırları, hər iki saidin yuxarı 1/3-nin arxa səthi, hər iki diz nahiyəsinin ön səthi və sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 30.08.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28.09.2021-ci il tarixli, 8/2221 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21074” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tufan” markalı, 99-A-422 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. - AD seriyalı, 148366 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 17.12.2019-cu il tarixdən 17.12.2029cu il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V seriyalı, 685448 nömrəli etibarnamənin surətindən görünür ki, “Vaz 21074” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 tərəfindən həmin avtomobili idarə etmək üçün Şəxs etibarnamə verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09.10.2021-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30.08.2021-ci il tarixdə idarə etdiyi “Vaz 21074” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 22:19 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Bizim” marketin qarşısında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq “Tufan” markalı, 99-A-422 dövlət qeydiyyat nişanlı motosiklla toqquşması, nəticədə “Tufan” markalı motosiklin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alması proses iştirakçılarının izahatları, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.2000-ci ildə Füzuli rayonunun Mollaməhərrəmli kəndində anadan olmuş, Füzuli rayonu, Mollaməhərrəmli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 74 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2625/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2625/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver