Məhkəmə qərarları › İş №3(007)-2627/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2627/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2627/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1961-ci ildə Quba rayonu, Ərməkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Quba rayonu, Ərməkli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-ci maddələri ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində idarə etdiyi “DAEWOO BS 090 Avtobus” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən soldan sağa manevr edib zolağı dəyişmək istəyərkən solda düzünə hərəkət edən “ AUDİ Q 3” markalı 90- VO-190 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Nəticədə, X2 idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 327.1, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində idarə etdiyi “DAEWOO BS 090 Avtobus” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən, soldan sağa manevr edib zolağı dəyişmək istəyərkən, solda düzünə hərəkət edən “AUDİ Q3” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində idarə etdiyi “DAEWOO BS 090 Avtobus” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən soldan sağa manevr edib zolağı dəyişmək istəyərkən solda düzünə hərəkət edən “AUDİ Q3” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alan olmamışdır. Müəyyən edilmişdir ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Digər avtomobilə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirdi. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. X3 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar