Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2631/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Qubadlı rayonunun Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonunun Hat kəndində qeydiyyatda olan, Abşeron rayonunun Pirəkəşkül kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, Zərərçəkmiş şəxs sürücü kimi düzəldəcəyi iş üçün əvvəlcədən sığorta haqqı qismində 250 manat pul ödəməli olması adı ilə aldadıb, Zərərçəkmiş şəxs 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən “Asan” xidmət mərkəzindəki ödəmə terminalı vasitəsi ilə onun nömrəsini verdiyi "xxxx" KB ASC-yə aid bank kartına köçürdüyü 250 manat pulu mənimsəyib, dələduzluq yolu ilə özgəsinin əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə “Neftçilər” metrosu yaxınlığında sifariş əsasında çağırdığı taksiyə oturmuş, söhbət zamanı tanımadığı sürücüyə, sonradan adını bildiyi Zərərçəkmiş şəxs özünü şirkətin mühafizə xidmətinin komandiri kimi təqdim etmiş və onlara sürücü lazım olduğunu bildirmişdir. İsmayıl da işləmək istədiyini demişdir. O, əvvəlcə sığorta haqqı kimi 250 manat ödəməli olduğunu demiş və özünün bank kartının nömrəsini vermiş, İsmayıl da həmin gün onun bank kartının hesabına 250 manat pul köçürmüşdür. Sonradan o, İsmayılın zənglərinə cavab verməmiş və həmin pulu ehtiyaclarına xərcləmişdir. Hazırda dəymiş maddi ziyanı tam ödəmiş və Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 14 sentyabr 2022ci il tarixdə işlədiyi “Bolt” şirkətinə daxil olmuş sifariş əsasında bir nəfər şəxsi, sonradan adını bildiyi Şəxs “Neftçilər” metrosu yaxınlığında taksi kimi idarə etdiyi avtomobilə mindirmişdir. Yolda söhbətləri zamanı Eldəniz xüsusi təyinatlıların komandiri olduğunu bildirmiş, daha sonra isə onun sürücü işləmək istəyib-istəmədiyini soruşmuşdur. O, istədiyini dedikdə, Eldəniz sənədlərini toplamasını, əvvəlcə isə sığorta haqqı kimi 250 manat ödəməli olduğunu demiş və "xxxx"a aid kart nömrəsini ona vermişdir. Ona görə də o, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən “Asan” xidmət mərkəzindəki ödəmə terminalından həmin kart nömrəsinə 250 manat pul köçürmüşdür. Lakin sonradan Eldənizin mobil telefonuna zəng çatmamış, onu işə düzəltməmiş, pulunu isə qaytarmamışdır. Bununla əlaqədar polisə şikayət vermişdir. Hazırda Şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyinə görə onunla barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 24 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus özgə əmlakını xırda talama yolu ilə zərərçəkmiş şəxsə 250 manat məbləğində maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Zərərçəkmiş şəxs xırda talama yolu ilə vurduğu maddi ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2631/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2631/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver