Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2632/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Axundov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 14 noyabr 2022-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Nizami rayonu, “Q.Qarayev” metrostansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi avtomobillə taksi fəaliyyəti göstərir. Sifariş əsasında 14 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində bir nəfər xanım sərnişini “Q.Qarayev” metrosuna yaxınlığına gətirmək üçün Qala qəsəbəsində avtomobilinə götürmüşdür. Həmin xamın sərnişini, sonradan tanıdığı Zərərçəkmiş şəxs əvvəllər görməmiş və tanımamışdır. Yolda mandarin soyub yeyərkən xanıma da mandarin təklif etmiş, o da qəbul etmişdir. Xanımın təkilfi ilə maqnitofonu yandırmış, sonra xanım demişdir ki, onu söndürsün, söhbət etsinlər. Xanımdan yaşını soruşmuş, xanım 22 yaşı olduğunu demişdir. O isə xanıma daha aşağı yaş vermək mümkün olduğunu demişdir. Sonra xanım qızlarla xəngəl yeməyə getdiklərini demişdir. Aralarında belə xarakterli söhbətlər olmuş, xanımı təhqir edəcək, incidəcək hər hansı söhbətləri olmamışdır. “Q.Qarayev” metrosuna çatdıqları vaxt yağış yağdığına görə xanıma təklif etmişdir ki, gözlədiyi şəxslər gələnədək avtomobildə oturub gözləyə bilər. O, xanımla sürücü-sərnişin kimi söhbət etmiş, ona qarşı hər hansı əxlaqsız təklif etməmiş, onu yeməyə, Yasamal rayonuna getməyə dəvət etməmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Qala qəsəbəsində olarkən “Q.Qarayev” metrosu yaxınlığına gəlmək üçün taksi sifariş vermişdir. Sonradan tanıdığı Şəxs idarə etdiyi taksiyə oturmuş və yola düşmüşlər. Yolda olarkən sürücü onunla söhbətə başlayaraq onunla birlikdə Yasamal rayonuna restorana getməyi təklif etmiş, lakin o, imtina etmişdir. Sonra sürücü ona mandarin soyub vermişdir. “Q.Qarayev” metrosuna yaxınlaşanda sürücü “sənin kimi xanımı yağışda qoymaram qalsın” demiş və ondan hara getdiyini soruşmuşdur. O, qızlarla xəngəl yeməyə gedəcəyini deyəndə sürücü onu da özləri ilə aparmalarını demiş və avtomobildə olarkən ona əxlaqsız təkliflər etmişdir. O, sürücünün hərəkətlərini telefonu ilə çəkmiş, lakin telefonun yaddaşı dolduğuna görə digər hərəkətlərini qeydə ala bilməmişdir. Sonra o, sürücünün pulunu verərək düşüb getmişdir. Sürücü Şəxs ona qarşı əxlaqsız hərəkətlərə yol verdiyinə görə ondan şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolda Şəxs taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq etməsi göstərilmişdir. Məhkəmədə dindirilən şəxslərin verdikləri izahatlarla və sübut qismində təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, 14 noyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsində hərəkət etdikləri vaxt Şəxs ilə Zərərçəkmiş şəxs arasında ümumi söhbətlər olmuşdur. Ümumiyyətlə, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi üçün ictimai qayda pozulmalıdır, yəni qanunun mənasına görə, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməlidir. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmamış, Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Şəxs tərəfindən Zərərçəkmiş şəxs münasibətdə ictimai qaydanı pozacaq hər hansı hərəkətə yol verilməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Zərərçəkmiş şəxs inzibati xəta törətmiş Şəxs taksi kimi idarə etdiyi nəqliyyat vasitəsində arxa oturacaqda oturmuş vəziyyətdə Şəxsla aralarında olan söhbətlərin bəzi fraqmentlərini qeydə almış, bu görüntü və danışıqları diskə köçürərək inzibati xəta haqqında protokolu tərtib edən orqan vasitəsi ilə təqdim etmişdir. Həmin görüntülərə işdə iştirak edən şəxslərlə baxış keçirilərkən və qeydə alınmış danışıqlar dinlənilərkən bu görüntü və söhbətlərdə Şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı əxlaqsız hərəkətə yol verməsi, xanımın şəxsiyyətinə toxunacaq ifadə işlətməsi, ümumiyyətlə xırda xuliqanlıq kimi qiymətləndiriləcək hərəkətə yol verməsi müşahidə və müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və həmin inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətməsi barədə hər hansı, o cümlədən mötəbər hesab oluna biləcək sübutlar olmadığı, eyni zamanda İXM-nin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2632/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2632/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver