Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2632/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi “DE FENDO” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 499.1.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Şəxs MMM tərəfindən 1 ədəd ekstruder yükü **********5317 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək müddətə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, xx.xx.2021-ci il tarixdə qeyd edilən yükün müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, lakin müvəqqəti idxal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq Şəxs MMM tərəfindən **********5317 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd ekstruder yükünün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə, 00100-01064/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMM-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəxs MMM şirkəti olaraq uzun müddətdir fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtlı-vaxtında ödəyir. Bu günədək hər hansı dövlət orqanları ilə problem yaşanmamışdır. Şirkətin fəaliyyəti dövründə xeyli sayda (1000 min nəfərə yaxın) işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuşdur və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2020-ci ildə “PERA PLASTİC CHEZ” S.R.O. şirkəti ilə aralarında müqavilə imzalanmışdır. Sözü gedən müqavilənin tələblərinə əsasən Şəxs MMM tərəfindən rezin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün ekstruder avadanlığının idxalı həyata keçirilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş məhsullar 2020-ci ilin avqust ayında qanunvericiliklə nəzərdə tutulmuş qaydada ölkəyə idxal edilmişdir. 2020-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq Şəxs MMM tərəfindən “Gömrük prosedurunun müddətinin uzadılmasına dair” müraciət edilmiş və bununla bağlı bütün Gömrük ödənişləri davamlı olaraq Dövlət Gömrük Komitəsinin büdcəsinə ödənilmişdir. Bu əməliyyat (“Gömrük prosedurun müddətinin uzadılmasına dair”) ardıcıl olaraq 2021 və 2022-ci illərdə də həyata keçirilmişdir. Daha sonra 2023-cü ilin oktyabr ayında idxal edilmiş malın Gömrük rüsumları tamamilə ödənilmişdir. Daha sonra Gömrük orqanı tərəfindən 2024-cü ilin mart ayında onlara bildirilmişdir ki, **********95317 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1(bir) ədəd ekstruder yükünün müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitsə də, həmin yükün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs MMM tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə **********0992 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir və bununla bağlı qanunsuz olaraq barələrində inzibati icraat başlamışlar. Şəxs MMM tərəfindən 2022-ci ilin avqust ayının 24-də Bakı Baş Gömrük İdarəsinə “Gömrük prosedurunun müddətinin uzadılmasına dair” müraciət edilmişdir və 2023-cü ilin oktyabr ayına qədər olan müddət üçün Gömrük prosedurunun müddətinin uzadılması ilə əlaqədar olaraq bütün ödənişlər həyata keçirilmişdir. Bir dəfə də olsun belə gömrük orqanı tərəfindən müraciətin olmaması ilə əlaqədar hər hansı bir xəbərdarlıq, irad, və ya bildiriş daxil olmamışdır. Lakin, 2024-cü ilin may ayının 8-də növbəti dəfə onları dövlət orqanına dəvət edərək, qanunsuz olaraq barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən EP0148443 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərmişlər. Aşağıdakı səbəblərdən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsaslanaraq tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur və başlanmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcuddur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən və izahatlardan aydın görünür ki, Şəxs MMM tərəfindən hər-hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyri-obyektiv araşdırma aparılaraq əsassız olaraq protokol tərtib olunmuşdur. Göründüyü kimi, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə qədər “Gömrük prosedurun müddətinin uzadılmasına dair” xx.xx.2022-ci il tarixində müraciət olunmuş və 2023-cü ilin oktyabr ayına qədərki dövr üçün prosedurun uzadılması ilə bağlı bütün ödənişlər tam olaraq ödənilmişdir. Belə olduğu halda gömrük orqanı məsələnin əksini isbat edəcək hər hansı bir məlumat göndərməmişdir. Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən iş materiallarından da göründüyü kimi hesab etsə ki, inzibati hüquq pozuntusu mövcuddur o zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi kobud formada pozulmuş olur. Belə ki, 2021-ci ilin avqust ayında təqdim edilmiş müraciətin müddəti 2022-ci ilin oktyabr ayında bitmiş olur. Bu zaman hazırki sözü gedən protokol 2024-cü ilin may ayında tərtib edilmişdir (yəni 16 ay sonra). Bu bir daha onu sübut edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi qərəzli mövqedən çıxış edərək mümkün olan bütün prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərinə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinin tələblərinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Hazırda isə iş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən icraata xitam verilməli olduğu halda qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 499.1.4-cü maddəsinə əsaslanaraq tərtib edilən 08 may 2024-cü il tarixli inzibati xəta haqqında EP ******* saylı protokolla başlanmış inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi Nümayəndə təqdim olunmuş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Rəsmişləşdirmə mərkəzinin 3-cü şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-33- 1100/012/004002 nömrəli raportundan görünür ki, Şəxs MMM tərəfindən **********5317 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən malların sərbəst dövriyyə gömrük proseduru altında rəsmişləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə **********0992 saylı gömrük bəyannaməsi tərtib edilmiş və bütün vergi, rüsumların ödənişini təqdim etmişdir. - “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, **********5317 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2022ci il tarixi müəyyən edilmişdir. - Şəxs MMM tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli “gömrük prosedurunun müddətinin uzadılmasına dair” müraciətdən görünür ki, **********5317 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yükün müvəqqəti idxal müddətinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək uzadılması xahiş edilmişdir. - "xxxx" MMC tərəfindən Şəxs MMM-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə (Gömrük prosedurunun müddətinin uzadılması barədə) ünvanlanmış məktub göndərilən ünvana çatdırılmışdır. - Şəxs MMM-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş köçürmənin aparılması haqqında bildirişlərdən müəyyən olunur ki, Şəxs MMM tərəfindən xx.xx.2020-ci il tarixli, **********5317 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair müvəqqəti idxal müddətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılması üçün 2020-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayına qədərki dövr üçün bütün ödənişlər ödənilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi elan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması inzibati məsuliyyət yaradır. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X5 tərəfindən Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas kimi **********5317 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd ekstruder yükünün müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq Şəxs MMM tərəfindən həmin yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməməsi göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMM tərəfindən xx.xx.2022-ci il tarixdə **********5317 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yükün müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixədək uzadılması barədə Bakı Baş Gömrük İdarəsinə rəsmi müraciət ünvanlamışdır və həmin müraciətin Bakı Baş Gömrük İdarəsinə çatdırılması barədə mötəbər sənədi Bakı Baş Gömrük İdarəsinə təqdim etmişdir. Bundan başqa məhkəmə iclasında Şəxs MMM-nin nümayəndəsi Nümayəndə Şəxs MMM **********5317 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yükün 2023-cü ilin oktyabr ayına qədərki dövr üçün gömrük prosedurunun müddətinin uzadılması ilə bağlı bütün ödənişləri ödəməsi barədə bildirişlər təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Halbuki, Şəxs MMM barəsində inzibati məsuliyyətin yaranması üçün təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin Şəxs MMM tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMM tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübutetməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Törədilməsi ehtimal edilən inzibati xətaya münasibətdə qeyd edilməlidir ki, inzibati qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan məhkəmə hesab edir ki, etirazın dəlilləri əsaslıdır, iş üzrə kifayət qədər pozuntuların mövcud olmasına və sübut etmək vəzifəsi üzərlərinə düşməsinə baxmayaraq, protokolu tərtib etmiş orqan hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hazırki halda ümumiyyətlə, Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada müəyyən edilmir və sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X3 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2024-cü tarixli qərarında qeyd edilmişdir ki, davam edən inzibati xəta zaman baxımından ara verməklə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid niyyətlə həyata keçirilməsidir. inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 mart tarixli Qərar). Uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır. Konstitusiyanın 71ci maddəsinin Vİİİ və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMM tərəfindən **********5317 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti idxal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq Şəxs MMM tərəfindən **********5317 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd ekstruder yükünün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət etməmişdir. Bununla da müəyyən edilir ki, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə törədilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs MMM tərəfindən **********5317 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yükə dair müvəqqəti idxal müddətinin xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək uzadılması barədə müraciət və bununla bağlı müvafiq ödənişlər olmadığı halda belə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMM inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMM-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2632/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2632/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver