Məhkəmə qərarları › İş №3(007)-2634/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2634/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2634/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X3 nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X3 Bakı regional bölməsindən daxil olmuş 11 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci Eninə küçəsi, ev 2 olan Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən X3 nümunələrin təqdim olunması haqqında 25 oktyabr 2022-ci il tarixli 23/1/İSN-10226 nömrəli məktubu əsasında verilmiş göstəriş yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X3 nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs MMC-nin 08 iyun 2022-ci il tarixli İD ********** nömrəli elektron ərizəsində əksini tapan məhsuldan nümunələrin götürülməsinə yalnız 08 dekabr 2022-ci il tarixdə, yəni 11 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsindən sonra şərait yaradılmışdır. İnzibati xəta haqqında protokol əsaslı olduğundan MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs MMC-yə məxsus mallar ya idxal olunur, ya da Məhəmmədidə yerləşən anbara göndərilir. İndoneziyadan ölkəyə idxal edilən qurudulmuş kokos məhsulundan nümunələrin götürülməsinin mümkün olmaması anlaşılmazlıq səbəbindən baş vermişdir. Lakin sonradan həmin hal aradan qaldırılaraq nümunələrin götürülməsi təmin edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin 08 iyun 2022-ci il tarixli İD ********** nömrəli elektron ərizəsindən görünür ki, 19 aprel 2022-ci il tarixli müqavilə əsasında 08 iyun 2022-ci il tarixdə İndoneziyadan ölkəyə idxal edilməsi nəzərdə tutulan, yeyinti məhsulu hesab edilən 13000 kq (1040 kisə) qurudulmuş kokos məhsulu üçün qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinə müraciət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının X3 Bakı regional bölməsinin Şəxs MMC-yə ünvanlanmış 25 oktyabr 2022-ci il tarixli 23/1/İSN- 10226 nömrəli məktubundan görünür ki, MMC-nin idxal olunan kokos məhsul patiyalarına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı İD********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Əməkdaşları tərəfindən idxal olunan məhsul partiyalarından nümunə götürülməsi məqsədilə MMC ilə əlaqə saxlanılmış, lakin tərəflərindən məhsul partiyalarından nümunə götürülməsinə şərait yaradılmamışdır. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarının 2.1-ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Eyni qaydaların 2.9-cu və 2.10-cu bəndlərinə əsasən “Yeyinti məhsulları” sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ərizəçinin vəsaiti hesabına ekspertizası həyata keçirilir. Ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Qida X1 tərəfindən xx.xx.2020-ci il tarixli, 19 saylı “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın və “Qidai məhsulları üçün mikrobioioji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə və xx.xx.2021-ci il tarixli 20 saylı Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nin, “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydalarının və “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Qərarlar əsas götürülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq tərəflərindən idxal olunmuş məhsulların sertifikatlaşdırılması məqsədilə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixinədək nümunələrin təqdim olunmasına şərait yaradılması təklif edilmiş, qeyd olunan müddət ərzində şərait yaratmadıqları təqdirdə barələrində inzibati icraata başlanılacağı izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 01 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının X3 Bakı regional bölməsinin aparıcı məsləhətçisi Taleh Cəfərov tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Nizami rayonu, 2-ci Eninə küçəsi, ev 2 ünvanında yerləşən anbarına baxış keçirilmişdir. İD ********** nömrəli idxal icazə ərizəsi ilə idxal olunan netto çəkisi 13000 kq kokos məhsulundan nümunə götürmək məqsədi ilə anbara baxış keçirilərkən müraciət üzrə qeyd olunan məhsul partiyası anbarda aşkar olunmamışdır. Baxışda iştirak edən MMC-nin nümayəndəsi Gülbəniz Quliyeva aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni zamanda həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan halda, 11 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edilməsindən sonra, 08 dekabr 2022-ci il tarixdə yazılı göstərişdə qeyd olunan məhsuldan nümunələrin götürülməsi inzibati xətanın törədilməsini istisna etmir, işin icraatına xitam veriılməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar