Məhkəmə qərarları › İş №3(007)-2638/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2638/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2638/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqıbda iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayı təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayı təqibindən kənar icraatlar idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında Qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MTK-nın işçisi X1 hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində ünvan 1 ünvanında diametrləri 7 sm və 9 sm olan iki ədəd əncir ağacı və bir ədəd nar kolu kəsilmişdir. Bu səbəbdən Şəxs barəsində material baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqıbda iş üzrə icraat aoarılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, həmin fakta görə artıq MTK-nın vəzifəli şəxsi cərimə olunmuşdur. Bunu nəzərə alaraq Şəxs MTK barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayı təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 avqust 2023-cü il tarixli, 80880 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı, Şəxs vəzifəli şəxsləri tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində həmin ərazidə diametrləri 7 sm və 9 sm olan iki ədəd əncir ağacı və bir ədəd nar kolu fiziki şəxs tərəfindən kəsilməsi faktı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs vəzifəli şəxsləri tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində həmin ərazidə diametrləri 7 sm və 9 sm olan iki ədəd əncir ağacı və bir ədəd nar kolu fiziki şəxs tərəfindən kəsilmişdir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən ünvan 2 ünvanında aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq ərazidə qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, 02 ədəd əncir ağacı və 01 ədəd nar kolu fiiziki şəxs tərəfindən kəsilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, Şəxs həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Şəxs MTK-nın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar