Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2639/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlının iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə, ev 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, EP №0142641 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs MMC 175093.38 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğin 21927.58 ABŞ dolları hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasında təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, Qeyd olunan 175093.38 (yüz yetmiş beş min doxsan üç dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində avans ödənişi üzrə mallar aşağıda təqdim edilən yük gömrük bəyannamələri ilə ölkəyə idxal edilmiş və aidiyyatı üzrə məlumat verilmişdir: - **********3169 sorğu nömrəli ygb üzrə - 26374.20 USD, - **********4686 sorğu nömrəli ygb üzrə - 27173.78 USD, - **********3091 sorğu nömrəli ygb üzrə - 22941.72 USD, - **********3221 sorğu nömrəli ygb üzrə - 29092.35 USD, - **********3429 sorğu nömrəli ygb üzrə - 25095.35 USD, -**********4279 sorğu nömrəli ygb üzrə - 22490.40 USD, - **********3074 sorğu nömrəli ygb üzrə - 21927.58 USD olmaqla, qeyd olunan 7 gömrük bəyannaməsi üzrə ümumilikdə 175093.38 avro dəyərində mallar ölkəyə idxal olunmuşdur. Buna uyğun olaraq YapıKredi Bank tərəfindən də təqdim edilmiş 30 may 2024-cü il tarixli arayışa əsasən, yuxanda qeyd olunan xüsusatlar təsdiqlənmiş, təqdim edilmiş 7 yük gömrük bəyannaməsi üzrə 175093.28 ABŞ dolları məbləğində avans ödənişi tam şəkildə bağlanmış və portalda müvafiq qeydlər aparılmışdır. İşin hallarından və təqdim olunan sübutlardan da göründüyü kimi, dəyəri ödənilən mallar tam şəkildə ölkə ərazisinə göndərilmişdir. Bu səbəbdən inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 175093.38 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunduğunu və iş üzrə icraata xitam verilməsinı etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş gömrük bəyannamələrinə əsasən mallar ölkəyə idxal olunmuşdur. Həmçinin gömrük bəyannamələrinin tarixinə əsasən köçürmə sənədinin tarixindən 2 il keçməmiş mallar ölkəyə idxal edilmişdir. Həmçinin “X3 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli, 02934 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində köçürülmüş 175093.38 ABŞ dolları məbləğində avans ödənişi **********3169, **********4686, **********3091, **********3221, **********3429, **********4279 və **********3074 nömrəli bəyannamələr ilə tam şəkildə bağlanılmışdır. **********3074 nömrəli YGB xx.xx.2024-cü il tarixdə banka təqdim olunmuş və həmin YGB üzrə qeydlər xx.xx.2024-cü il tarixdə aparılmışdır. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2639/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2639/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver