Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2644/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1, onun barəsindəki xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4, onun barəsindəki xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.3.1 və 6.3.2-ci maddələrinə əsasən yazılı müraciətdə müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı göstərilir; 6.5-ci maddəsinə əsasən kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır; 8.1.2-ci maddəsinə əsasən bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə, müraciət baxılmamış saxlanılır. Şikayətdən görünür ki, X4 məhkəməyə müraciət zamanı qeyd edilən tələblərə əməl etməmiş, qərardan verdiyi şikayəti imzalamamışdır. Şikayət və ona əlavə edilən sənədlər poçt vasitəsi ilə daxil olmuş, məhkəmənin dəftərxanasında zərf açılarkən bu hal aşkar olunaraq akt tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1, onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. Bundan başqa, şikayətin X4 ilə yanaşı onun anası X5 tərəfindən də verildiyi qeyd edilmişdir, lakin nəzərə alınmalıdır ki, barəsində qərar çıxarılmış fiziki şəxsin özü, nümayəndəsi qərardan şikayət verə bilər, şikayətə isə X3 nümayəndə olmasını təsdiq edən etibarnamə əlavə edilməmişdir. Digər yandan X1 qanunvericiliyin tələbinə əməl etməklə verdiyi şikayəti özünün imzalaması ona məhkəmə qaydasında baxılması üçün yetərlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 128, 130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, onun barəsindəki xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Nöqsanı aradan qaldırdıqdan sonra, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2644/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2644/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver