Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2650/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakı ilə, X5, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxxxxxx 2020-ci ildə X6 Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Təbriz küçəsində ona məxsus “Hyundai Tucson” markalı avtomobili idarə edərkən saat 15:30 radələrində YPX onu saxlamış və Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X4 tərəfindən barəsində İXP3474812 saylı protokol tərtib edilmişdir. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələbin pozulması qeyd olunaraq İXM-nin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, həmin protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu onun təkidi ilə qərarsız yazmış və bir nüsxəsini ona təqdim etmişdir. Protokola Bakı şəhər DYPİ-də onun iştirakı olmadan baxılmış və xx.xx.2020-ci il tarixdə əsaslandırma olmadan heç bir qanuni istinad göstərmədən barəsində İXM-nin tələbləri pozulmaqla, 40 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. Bundan əlavə qərar hələ də onun ünvanına göndərilməmişdir və o, qərarı öz ərizəsi əsasında əldə etmişdir. Onun etirazı bundan ibarətdir ki, həmin yerdən geriyə dönməyə qanunla icazə vardır, çünki qeyd edilən yolayırıcında heç bir nişanlanma yoxdur, həmçinin yol ayrıcına qədər geri dönməyi qadağan edən heç bir yol nişanı da yoxdur. Lakin inspektor onu dinləməyərək onun səhv olduğunu bildirmişdir. Bundan əlavə, sonuncu onu saxlayarkən idarə etdiyi maşında tək xidmət aparmış və onun hadisə yerini çəkməsinə mane törətmişdir. Əgər həmin yerdən geri dönməyə icazə verilmirsə yolun başında 3.19 nişanı quraşdırılmalıdır, lakin həmin ərazidə qeyd edilən nişan yoxdur və quraşdırılmayıb. X3 hər hansı bir inzibati xəta törətmədiyinə görə barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2650/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2650/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver