Məhkəmə qərarları › İş №3(007)-2660/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2660/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2660/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2pleksi, bina 2, mənzil 84 ünvanında yaşayan (FİN 54433XR) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru R.S.Museyibov tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 10:20 radələrində B.Çobanzadə küçəsində “Mercedes” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə saxlanılmışdır. Sürücü Şəxs avtomobili saxladıqdan sonra o, sürücüyə yaxınlaşıb özünü təqdim edərək törətdiyi qayda pozuntusunu ona izah etmişdir. Sürücü onunla razı olmadığını bildirmişdir. Sürücüyə yanındakı şəxsin kim olduğunu soruşduqda dostu olduğunu bildirmişdir. O, sürücüyə maska taxmağı barədə xəbərdarlıq edib sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü ona sənədləri təqdim etməmiş və səs tonunu dəyişib kobud formada “ə get maşınının yanına vəsiqəni götür, bir də qayıdıb özünü təqdim et” demişdir. O, polis əməkdaşı ilə belə tonda danışmamağını bildirərək yenidən sənədlərini təqdim etməsini, adını, soyadını bildirməsini demişdir. Sürücü qanuni tələblərinə tabe olmayaraq sənədləri təqdim etməmiş, adını, soyadını bildirməmiş, kobud formada “siz polis əməkdaşısınız” deyərək cavab vermişdir. Sürücünün yanında oturan şəxs də onlara mane olaraq müdaxilə etmişdir. Sürücü avtomobili idarə etmək istədiyindən onlar sürücüyə avtomobili idarə etməməyi və avtomobildən düşməyini bildirmişlər. Bu zaman sürücü onlara əl-qol ataraq tabesizlik göstərmişdir. Radio-rabitə vasitəsi ilə Nizami RPİ-dən kömək göndərilməsini istəmişlər. Ərazidə xidmət aparan ƏÇPA-nın 5-ci bölüyünün 2465 çağırılışlı avtopatrulu onlara yaxınlaşıb köməklik göstərmişlər. Onlar həmin şəxsi Nizami RPİ-nin 24-cü PŞ-nə gətirib təhvil vermişlər. Onların qanuni tələblərinə tabe olmayan, onlarla kobud formada danışan Şəxs barədə ciddi tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis serjantı X4 polis baş serjantı X2 dediklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Şəxs onlara sənədlərini təqdim etmədiyinə görə onun sürücülük vəsiqəsi və etibarnaməsinin olub-olmadığını müəyyən edə bilmədiyindən avtomobilin açarını götürmüşdür. Avtomobilə kəmərini açması üçün minmişdir. Şəxs ona tabesizlik göstərmiş, özünün qolu duaya dəyib qırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları avtomobilin işıqlarını yandırıb-söndürərək onun avtomobilini saxlamışlar. Səfərli Xalid ona yaxınlaşaraq ad, soyadını deməsini və sənədlərini təqdim etməsini istəmişdir. O, polis əməkdaşından onu saxlama səbəbini soruşmuş, polis əməkdaşı cavabında təhlükəsizlik kəmərini bağlamadığını bildirmişdir. O, təhlükəsizlik kəmərini qarnından bağlamışdır. Polis əməkdaşlarına kəməri belə bağlamağın qadağan olmadığını bildirmişdir. Sonra polis əməkdaşı ona tibbi maska taxmağını demiş, o, polis əməkdaşına bu barədə protokol tərtib etməsini bildirmişdir. Bu zaman polis əməkdaşı “ə bilirsən nə var, sənədlərini ver” demişdir. Polis əməkdaşı onunla kobud danışmış, o, isə polis əməkdaşına özünü təqdim etməsini və xidməti vəsiqəsini göstərməli olduğunu bildirmişdir. Ona avtomobilinə baxış keçirəcəyini bildirmiş, o, etiraz etməmişdir. Tahirov Musa gələrək “ə vabşe nə deyirsən” deyərək onun avtomobilinə oturmuşdur. Avtomobilində onun atasından xatirə qalan dua olmuş, Musa həmin duanı qırmışdır. Tahirov Musa avtomobilinin açarını götürmüşdür. Ona yumruq, sillə atmış, qolunu burmuşlar o, xəsarət almışdır. Onu sürüyə-sürüyə, köynəyini cıraraq aparmışlar, söyüş söymüşlər. Polis əməkdaşlarının bu hərəkətləri ətrafda olan TŞ kameralarında da əks olunmuşdur. O, sənədlərini təqdim etməsə belə polis əməkdaşlarının onunla belə rəftar etməsinə əsas vermir. Polis əməkdaşlarının əməllərində cinayət xarakterli hərəkətlər vardır. O, bu barədə prokurorluğa müraciət etmişdir. O, polis əməkdaşlarına qarşı hər-hansı bir tabesizlik göstərməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özü etiraf etməsə də, məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmin Qanunun 20-ci maddəsinin 1 bəndinə görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2pleksi, bina 2, mənzil 84 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar