Məhkəmə qərarları › İş №3(007)-2662/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2662/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2662/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək AR DİN YPX İnzibati qrup tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, YPX İnzibati Qrup Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:45-də "Daewoo Damas" yük markalı **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əlavə işıq və projektor quraşdırmışdır. Halbuki quraşdırılmış axtarıcı işıq və projektorun quraşdırılması qanunda nəzərdə tutulmuşdur. "Yol hərəkəti haqqında Qanun"da axtarıcı işıq və projektorun quraşdırılması qadağan edilməmiş və bu qanun pozuntusu kimi qeyd edilə bilməz. Azərbaycan Respublikası Yol hərəkəti qaydalarının 73-cü maddəsinin Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsinin Vİİİ bəndinə əsasən projektor və axtarıcı faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Göründüyü kimi projektor və axtarıcı faranı quraşdırmaq qanunda qadağan edilməmiş, yalnız yaşayış məntəqələrindən kənarda istifadə edilməsi qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməsinə icazə verilmişdir. İnspektor avtomobili saxlayarkən həmin işıqlar yanılı vəziyyətdə olmamışdır. Qadağa ümumiyyətlə quraşdırmaya şamil edilsəydi belə, bir bəndin YHQ da yer almasının əhəmiyyəti olmazdır. Qanundan da görünür ki, həmin işıqların quraşdınİması qadağan deyil, yalnız yaşayış məntəqəsində istifadəsi qayda pozuntusuna səbəb olur. Onun quraşdırılması həmin anda istifadəsi anlamına gələ bilməz. Polis əməkdaşı onların aşkar olunduğu vaxt qoşulu vəziyyətdə olması ilə bağlı heç bir iddia irəli sürməyib. Anoloji olaraq kimsə gələcəkdə edə biləcəyi, lakin etmədiyi hərəkətə görə əvvəlcədən cəzalana bilməz. Əlavə olaraq protokol ilə razılaşmadığından yerində qərar çıxarılmayıb. Üzərindən 1 aya yaxın vaxt keçdikdən sonra xx.xx.2024-cü il tarixindən onun iştirakı olmadan işə əleyhinə qərar verilib. Qərann verilməsini də yanvar ayının sonunda bilmişdir. Hüquqlarının məhkəmə vasitəsi ilə bərpası üçün qeydiyyat ərazisi üzrə xx.xx.2024-cü il tarixində Nizami rayon məhkəməsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən iclasa polis əməkdaşı və nümayəndəsi gəlməmiş, növbəti iclasda şikayəti qismən təmin edilmişdir. DYP əməkdaşlarının işimə ondan xəbərsiz artıq baxdıqlarını bildiyi üçün bu dəfə onunla birbaşa əlaqə saxlamaqları üçün bir neçə dəfə qəbulda olmuşdur. Onlar da onu əmin edərək cərimənin qərarsız qalacağını bildirmişlər. Lakin üzərindən bir müddət keçdikdən sonra ondan xəbərsiz xx.xx.2024-cü il tarixində cəriməni yenə qərarlı etdilər. O da yeni qərarı məhkəmədə təkrar mübahisələndirmək üçün Baş Dövlət Yol Polis idarəsinə gedərək birbaşa idarədən almışdır. Artıq bu halın təkrarlanması adət halını alır. Onların məhkəməyə gəlməməsi işə baxılarkən onu dəvət etməmələri cərimənin haqsız yerə yazıldığı şübhələrini doğrulayır. Belə ki, yuxanda sadaladığı yol hərəkəti qaydaları açıqaydın şəkildə onun leyhinə olduğundan onu idarəyə dəvət etmirlər. 2-ci dəfə məhkəməyə müraciət bu halın sonsuz olaraq təkrarlanmasına gətirib çıxarır. Nəticədə onlar bir neçə dəqiqəyə cəriməni qərarlı edir, onun isə aylarla məhkəmə proseslərində vaxtı gedir. Məhkəmə iclasında iştirak etmiş X3 şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, nəqliyyat vasitəsinə əlavə avadanlıq, yəni işıq projektoru quraşdırmaqda məqsədi qeyd olunan nəqliyyat vasitəsindən ov üçün istifadə etmək olub. Belə ki, ova gedərkən nəqliyyat vasitəsinə quraşdırılmış projektordan gecə saatlarında yolların işıqlandırılması üçün istifadə etmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN YPX İnzibati qrupun xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2023-cü il tarixdə, saat 16:45 radələrində «Daewoo Damas» yük markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı, Salyan yolu, 12-ci km-də sürücülər tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı şikayət vermiş şəxsin özü tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, vətəndaşa məxsus “Daewoo Damas” markalı nəqliyyat vasitəsinin qabaq hissəsinə əlavə işıq və projektor quraşdırmışdır. Özünün də bildirdiyi kimi şəxsin nəqliyyat vasitəsindən ov üçün istifadə etməsi və bu məqsədlə nəqliyyat vasitəsinə onun konstruksiyasına uyğun olmayan projektor işıqların quraşdırılması normativ tələblərin birbaşa pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN YPX İnzibati qrup tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar