Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2670/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Dəmirova Gülnar Şiraz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin polis mayoru X6, zərərçəkmiş şəxslər X3, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Nizami rayonu, Keşlə qəsəbəsi, Balarza Mirzəyev küçəsində polisin ünvanına nalayiq söyüşlər söyərkən polis işçiləri ona yaxınlaşarkən qaçaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin polis mayoru X14 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövləti və polisi nalayiq ifadələrlə təhqir edir. Keçən ildə analoji hadisəyə görə o Nizami Rayon Məhkəməsinə gətirilmişdir. Canlı yayım açır və polislərin ünvanına nalayiq ifadələr işlədir. Elgin bəy xidməti vəzifəsini icra edərkən, nə üçün söydüyünü soruşduqda tabesizlik göstərmişdir. X1 izahatında bildirmişdir ki, Nurlan başına 5 nəfəri yığaraq küçədə durarkən ondan “necəsən”-deyə soruşduqda, Nurlan onun eşitmədiyini zənn edib dodağının arasında polisin ünvanına söyüşlər söymüşdür. Bütün rəhbər şəxslərdən tutmuş polislərə qədər hamını söymüşdür. Bu zaman ətrafda qonşular olmuşdur. Bu səbəbdən onu şöbəyə aparanda imtina etmiş, 5 nəfər güclə aparmışdır. O, maşının qapısını əzmişdir. X2 izahatında bildirmişdir ki, xidməti vəzifəsini icra edərkən bir nəfər şəxsin Elgin bəyə tabesizlik göstərtiyini görmüş və Elgin bəyə kömək edərək həmin şəxsi avtomobilə əyləşdirmişlər. O, polisin şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, polis şöbəsinə gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, söhbət 5-6 il əvvələ dayanır. Belə ki, onun həmin vaxtlar bir sıra problemləri olmuş, xüsusi ilə də ailəvi problemləri artmışdır. Belə ki, anası ilə tez-tez konfliktləri yaranmış və nəticədə də anası onu dəfələrlə polisə şikayət etmişdir. Anası polis ilə əlbir olub onu dəfələrlə döydürmüş və cərimələtmişdir. Rusiya-Ukrayna müharibəsi başlayanda o, Ukraynaya dəstək vermişdir. O, Ukraynanaya getmək üçün bilet almış, lakin sərhəddə müxtəlif bəhanələrlə onu getməyə qoymamışlar. Keçən dəfə də, polis əməkdaşları onu tutmuş və döymüşlər. Polis əməkdaşları ona demişdir ki, əgər o məhkəmədə polisi söydüyünü etiraf etsə, onu həbs etməyəcəklər. Əslində isə onu aldatmışlar. Belə ki, ona həbs növündə inzibati tənbeh tətbiq etmişlər. Polis əməkdaşları bəzi şəxslərlə əlbir olub həmin şəxslərə onu izləməyi tapşırmış, daha sonra isə həmin şəxslər qəsdən konflikt yaratmaq üçün müxtəlif yollardan istifadə etmişlər. O, polisi söyməmiş və onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Sadəcə yuxarıda qeyd olunan hadisələr onda mənəvi və psixoloji iztiraba səbəb olmuşdur. İnstagramda polis ilə bağlı analoji hadisələrlə bağlı yazan şəxsin paylaşımının altına “qisasımı aldız” deyə şərh yazmışdır. O söz vermişdir ki, heç vaxt polisi söyməyəcək və onun ünvanına nalayiq ifadələrdən istifadə etməyəcəkdir. Polis onu tutmuş, idarəyə aparmış və telefonunun parolun istəmişlər. O, telefonun parolun vermək istəmədikdə onu döymüşlər. Sonda taqəti qalmadığı üçün telefonun kodun demişdir. Hadisə baş verən günü o, evdə olmuşdur. Polis İdarəsinə getməkdən imtina etmişdir. Polisin ünvanına nalayiq ifadələr işlətməmişdir. Çünki evdə həmin vaxt anası və bibisi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X12 bildirmişdir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib hissəsi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü PB-nin polis kapitanı E.Rəhimov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Balarza Mirzəyev küçəsində xidməti ərazidə xidmət apararkən bir nəfər şəxsin polisin ünvanına nalayiq ifadələrdən işlətdiyini görmüş və ona yaxınlaşmışdır. Ondan söyüş söyməsinin səbəbini soruşduqda o, özünü qeyri-adekvat apararaq onlara məhəl qoymamış və onlar onu bölməyə aparmaq istədikdə o qaçmaq istəmişdir. Onlar onu tutub zorla polis bölməsinə aparmışlar. Onlara bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur.
2. 27 may 2025-ci il tarixli “tutma protokolu”ndan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:20-dən tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkiblərinin olması barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özünün etirafı, polis əməkdaşının izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Həmin Plenum qərarında qeyd edilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikaı İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan iznibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinəin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasın da ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs küçədən qonşuların yanında polis əməkdaşı ilə mübahisə etməsi, polisin ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması polis əməkdaşının ifadəsi və iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsi polis əməkdaşının, özünün ifadəsi və iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 27 may 2025-ci il tarixdə saat 13:20-də inzibati qaydada tutulmuşdur, ona görə məhkəmə qeyd edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə işdə iştirak etdiyi müddət 4 iş saatına bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2025-ci il saat 13:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər
Hakim Starə Əliyeva