Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2696/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, Şikayətçi – X4 iştirakları ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi nin X9 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müvafiq şikayətlə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(007)-35/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı qərar ləğv olunmaqla, materiallar yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə geri qaytarılmışdır. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı qərara əsasən X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, **-GY-*** nömrəli Kia Sorento markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman xx.xx.2023-cü il tarixində yol patrul inspektoru Eyvazov Bəhruz adlı şəxs tərəfindən qanunsuz şəkildə yazılan cərimədən Nizami rayon məhkəməsinə şikayət ərizəsi vermişdir. Onun və Baş X10 İdarəsinin səlahiyyətli hüquqşünaslarının iştirakı ilə 3 dəfə məhkəmə iclası keçirilmişdir. Bütün iclaslarda qarşı tərəfin nümayəndələri əsassız və sübutlarsız məhkəmə zalına gəlmiş və onun bu pozuntuda təqsirli olduğu sübuta yetirə bilməmişlər. Buna görə də hər dəfə bir bəhanə gətirərək məhkəmə iclasının təxirə salınmasını və növbəti dəfə keçirilməsini istəmişlər ki, bunun da nəticəsində 3 dəfə iclas keçirilmişdir. Sonuncu dəfə də süründürməçiliyə yol vermək və vaxt uzatmaq istəyi möhtərəm hakim tərəfindən qəbul edilməmiş və işin hərtərəfli və obyektiv araşdırılması üçün inspektor tərəfindən qəbul edilmiş qərar ləğv edilərək yenidən baxılması üçün xx.xx.2024-cü il tarixində Baş X10 İdarəsinə göndərilmişdir. Bundan sonra həmin idarədə işə baxılmamış, ona rəsmi cavab göndərilməmişdir. Dəfələrlə Baş X10 İdarəsinə gedərək məhkəmə qərarına baxılmasını və mənə rəsmi cavab məktubunun verilməsini bildirsə də, ona hər dəfə qərara baxılacağı və cavab veriləcəyi bildirilmiş, lakin nəticə olmamışdır. Dəfələrlə həmin idarəyə getdikdən sonra nəhayət ki məcburi şəkildə ona yazılı cavab verilmişdir (məktub qoşmada əlavə olunur). Göndərilmiş cavab məktubundan da göründüyü kimi, sözügedən idarənin vəzifəli şəxsi vəzifə səlahiyyətindən sui-istifadə edərək, süründürməçiliyə yol verərək “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, məhkəməyə qarşı hörmətsizlik göstərmiş və xx.xx.2024-cü il tarixində göndərilmiş qərara baxaraq qanunda göstərilən müddətdə deyil süründürməçiliyə yol verərək xx.xx.2024-cü il tarixində qərar qəbul etmişdir və rəsmi məktub ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Sənəd təxminən 110 gün müddətinə icra olunmuş və bununla bağlı hər hansı bir yazılı əsaslandırma təqdim edilməmişdir. Məhkəmə tərəfindən qəbul edilən qərara yenidən baxılarkən icraçı tərəfindən məsələ hərtərəfli araşdırılmamış, hər hansı bir sübut və əsaslandırma olmadan köhnədən məhkəməyə təqdim edilən etiraz məktubundakı cümlələrin sürəri yeni qərara köçürülmüş və ədalətsiz şəkildə yenidən qərar qəbul edilmişdir. İşə məsuliyyətsiz şəkildə yanaşılmasının əyani sübutu kimi göstərmək olar ki, qəbul edilmiş qərarın sərəncam hissəsində (baxmayaraq ki əsassız qəbul edilmişdir) köhnə qərarın qüvvədə qalması göstərilmək əvəzinə qeyd olunmuşdur ki, vətəndaş 80 manat məbləğində cərimə edilsin və hətta ödəniş üsulları və qaydaları da əlavə olunmuşdur, halbuki bu cərimə mənim tərəfimdən məcburi şəkildə nəqliyyat vasitəsinin istifadəsinə həbs qoyularaq cərimə meydançasına aparılmaması üçün 5 ay əvvəl ödənilmişdir. Bununla da açıq-aydın görünür ki səlahiyyətli şəxs məsələni hərtərəfli və obyektiv araşdırmamış, məsuliyyətsizlik etmiş, süründürməçiliyə yol vermiş və öz səlahiyyətlərindən sui-istifadə edərək mənim hüquqlarımı tapdalayaraq mənim əleyhimə qanunsuz və əsassız şəkildə qərar qəbul etmiş və bunların nəticəsi olaraq Azərbaycan Respublikasının adından qərar çıxartmaq hüququ olan məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş X10 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı qərar əsassızdır və onun tərəfindən qərarda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir, Belə ki, o işıqforun qırmızı işığında keçmədiyini, videomaterialda qeyd olunan nəqliyyat vasitəsinin isə ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin X9 İdarəsi tərəfindən inzibati xəta hadisəsinin görüntülərinin qeyd olunduğu videomaterial məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Polis İdarəsi X10 İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı qərarına əsasən X5 xx.xx.2023-cÜ il tarixdə, saat 11:25 radələrində “KİA SORENTO” ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti 27A ünvanında hərəkət edərkən svetoforun qadağanedici işığında hərəkət etməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş videomateriala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “KİA SORENTO” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetoforun qadağanedici işığının artıq yanmasına baxmayaraq öz hərəkətinə davam etmiş, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2696/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2696/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver