Məhkəmə qərarları › İş №3(007)-27/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-27/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-27/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektorları- polis baş serjantı X4 və polis serjantı X5 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Oktay Vəliyev küçəsində idarə etdiyi 99-D-502 nömrəli motosikleti ilə hərəkət edərkən saat 21:30 radələrində **-YP-*** nömrəli YPX əməkdaşı səbəbsiz onu saxlamış və sərnişin kimi əyləşmiş əməkdaş avtomobildən düşmədən, özünü təqdim etmədən, saxlama səbəbini söyləmədən, üzərində olması və daim qoşulu vəziyyətdə olmalı olan səsyazısı və videoyazısının aktiv olduğunu demədən, birbaşa sənədlərini istəmiş, bunun üzərindən o, qanunda göstərilmiş olan, saxlama səbəbini soruşmuş və X8 ona yaxınlaşaraq, eyni qaydada səsyazısı təqdim etmədən, saxlama səbəbini demədən PPX-nin əməkdaşlarını çağıracağını bildirmişdir. O, mübahisə etmək istəmədiyi üçün və dövlətin polislərinə və digər əməkdaşlarına hörməti olduğu üçün ad, soyadını demiş, sənədlərini tam qaydasında təqdim etmişdir. Bundan sonra həmin əməkdaş motosikletin ətrafına fırlanaraq pozuntu axtarmağa başlamış, ilk olaraq motosikletin işıqlarını yandırmağı tələb etmiş, işıqlar yandıqdan sonra led işıqlar olduğunu bəhanə gətirərək cərimə meydançasına aparılacağını bildirmişdir. O, motosikletin yeni model olduğunu sübuta yetirdikdən sonra, həmin əməkdaş başqa bir bəhanə gətirərək bildirmişdir ki, motosikletin sükan başlığı dəyişdirilmişdir və buna görə də, motosiklet cərimə meydançasına aparılacaqdır. O, qanunda belə bir müddəanın olmadığını bildirərək etiraz etmiş və qəbul olunacaq qərardan şikayət verəcəyini bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və motosiklet evakuator vasitəsi ilə cərimə duracağına aparılmışdır, lakin təhvil təslim aktı tərtib olunmamışdır. O, bununla bağlı qaynar xəttə şikayət etmişdir. 02 dekabr 2023-cü il tarixdə Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru H.Hüseynovun inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxsə yaxınlaşmasını göstərən bildirişi daxil olmuşdur. O, xidməti otağa yaxınlaşan zaman saat 16:00 radələrində motosikletdə yoxlama aparılacağı bildirilmişdir. Lakin o, yenidən otağa getmiş ona aparmayacaqlarını bildirmişlər. Bundan sonra o, bloqerlərlə və digər şəxslərlə məsləhətləşmiş, onlar bu protokolun tam olaraq əsassız olduğunu bildirib, məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Qeyd olunanları nəzərə alıb Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X13 yol patrul xidməti inspektoru, polis baş serjantı X7 izahat verərək bildirmişdir ki, 23 noyabr 2023-cü il tarixdə X6 idarə etdiyi 99-D-502 dövlət qeydiyyat nişanlı motosikleti ilə Bakı şəhəri, Oktay Vəliyev küçəsi ilə hərəkətdə olarkən saxlanılmışdır. Motosikletə baxış keçirilən zaman sükanın dəyişdirildiyi müəyyən edilmişdir. X2 idarə etdiyi “Tufan İstiqlal” modelli motosikletlərdə avadanlıqlar zavoddan buraxıldığı kimi olmalıdır, sonradan dəyişdirilməməlidir. Saxlanılan motosikletin stopu klunisun üstündə olmaldır, bunun üstündə isə qaynaq ilə nəsə quraşdırılmışdır. Bundan əlavə dövlət qeydiyyat nişanı həmin motosikletdə olduğu formada olmamalıdır. Dövlət qeydiyyat nişanı aydın görünməlidir. Həmin motosikletin nömrəsini əyilmədən görmək mümkün olmur. Motosikletin görünüşü zavod buraxılışından fərqlidir, ümumi konstruksiyası dəyişilmişdir. Məsələn, motosiklet döngəyə dönəndə bu qurğu ilə dönə bilməyəcək, çünki normativ tələblər pozulmuşdur. Sükana adi kustar üsulla hazırlanmış boru əlavə olunmuşdur. Göründüyü kimi, X6 tərəfindən tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilmiş, nəqliyyat vasitələri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi tələbləri pozulmuş, Azərbaycan Respublikası İXMnin 342.2.2, 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X2 idarə etdiyi 99-D-502 dövlət qeydiyyat nişanlı motosikletə baxış zamanı çəkilmiş fotoları və videogörüntünü məhkəməyə təqdim edir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X13 yol patrul xidməti inspektoru, polis serjantı X8 digər inspektor X4 izahatına uyğun izahat vermişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 21:36-da idarə etdiyi “Tufan İstiqlal” motosikl markalı, 99-D-502 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən nəqliyyat vasitəsinin sürücüləri tərəfindən tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi, nəqliyyat vasitələri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi tələblərini pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 342.2.3, 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 342.2.2, 342.2.3-cü maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar