Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-27/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Saatlı rayonunun Kamallı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Saatlı rayonunun Kamallı kəndində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2024-cü il tarixdə, saat təxminən 21:00 radələrində Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində Şəxs idarə etdiyi “OPEL ASTRA” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chery Tiggo 8 Pro” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində “Chery Tiggo 8 Pro” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən sərnişinlər-Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 21:00 radələrində idarə etdiyi “OPEL ASTRA” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Sevinc” kinoteatrının yanından sağ tərəfə dönən zaman sağ tərəfdə şam ağacı olduğundan yolu tam görə bilməmiş, buna görə də biraz qarşıya çıxmışdır. Sağdan gələn avtomobilin sürəti çox olmuşdur və onun avtomobilini sol tərəfdən vurmuşdur. Sağ tərəfində 2 boş yol olmuşdur. O, digər avtomobilin yoluna çıxdığı üçün günahkardır. Amma avtomobili vurmamışdır, sadəcə biraz sürtmüşdür. Avtomobil sürtünməklə heç kim ziyan ala bilməz, çünki avtomobil möhkəm dəyməmişdir. O, avtomobili saxlamışdır, sağdan gələn avtomobil onu vurub keçmişdir. Avtomobildə başqa şəxslər də olmuşdur. O bir xanımın huşunu itirdiyini görmüş, sonra təcili yardım gəlmişdir. Həmin vaxt biraz qarışıqlıq olduğundan digər xanımların orada olub-olmadığını xatırlamır. Dəymiş ziyanı ödəməyə imkanı çatmır. Tibbi sığorta və digər sığorta haqları ödənmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, hadisə zamanı onun boynu və sol ənsə hissəsi zədələnmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 izahat verərək bildirmişdir ki, hadisə zamanı sağ qalça nahiyəsi zədələnmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, hadisə zamanı baş-beyin sirkələnməsi xəsarəti almışdır. Ona dəymiş zərər ödənilməmişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 21:00 radələrində özünə məxsus “Chery Tiggo 8 Pro” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev prospektinin köməkçi yolu ilə üzü “Neftçilər” metrostansiyası istiqamətində təxminən 50-60km/saat sürətlə 2-ci, yəni orta zolaqla hərəkətdə olmuşdur. Sözügedən yolun 4 yol kəsişməsində “OPEL ASTRA” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağını gözləmədən onun yoluna daxil olmuşdur və bunun nəticəsində o, avtomobilinin ön sol hissəsi ilə digər avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində özü heç bir xəsarət almasa da avtomobildə əyləşən həyat yoldaşı Zərərçəkmiş şəxs2 və bacısı qızları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Ona təxminən 7-8 min manata yaxın zərər dəymişdir. Təkcə avtomobilə 6900 manat məbləğində ziyan dəymişdir. Son 6 aydır ki, avtomobili bu vəziyyətdə idarə edir. Ona dəymiş maddi ziyan və zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir, Şəxs şikayətçidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/36812 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 22:50-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,00%0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 631 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ qalça nahiyəsinin hematoması olmuşdur. Qeyd olunan xəsarət-bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 632 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 boynu və sol ənsə nahiyəsini əhatə edən hematoma olmuşdur. Qeyd olunan xəsarət-bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 629 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi olmuşdur. Qeyd olunan xəsarət-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2031 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “OPEL ASTRA” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-27/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-27/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver