Məhkəmə qərarları › İş №3(007)-2700/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2700/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2700/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X4 Bəxtiyar oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə “Biz Bizə” restoranında hesabı ödəməkdən imtina edərək işçiləri təhqir etməklə xırda xuliqanlıq etmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X5 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə “Biz Bizə” restoranında hesabı ödəməkdən imtina edərək işçiləri təhqir etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən qəbul etməklə bildirdi ki, o, xx.xx.2022-ci il tarixində axşam saatlarında “Biz Bizə” restoranında dostları ilə yedikdən sonra hesabı ödəyə bilmədiyini anlamış və bu barədə administratoru məlumatlandırmışdır. Polis şöbəsinə gətirildikdən sonra borcunun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Restoranın əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş, onları təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirdi ki, o, “Biz Bizə” restoranının administratorudur. xx.xx.2022-ci il tarixdə 22:30-da ofisiant Adilxan Bəşirov ona yaxınlaşaraq, problemi müştərinin olduğunu bildirmişdir. Masaya yaxınlaşdıqda həmin müştərinin hesab ödəməkdən imtina etdiyini müşahidə etmişdir. Ona hesabı ödəməsini təklif etdikdə o, yüksək səslə restoranın personalına qarşı nalayiq ifadələr işlətməklə, ətrafda olan digər müştərilərin diqqətini cəlb etmişdir. Yaranmış vəziyyətdən narahatlıq keçirdiyindən 102 qaynar xəttinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirdi ki, o, “Biz Bizə” restoranında ofisiant vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Şəxs iki xanımla “Biz Bizə” restoranında yemək yedikdən sonra, xanımları yola salıb geri qayıdaraq hesabı ödəməsini bildirməklə, onun sözlərindən şübhə etmiş və dərhal 140 manat hesabı ödəməsini tələb etmişdir. Lakin, o, pulunun olmadığını əsas gətirərək administratoru çağırmasını tələb etmişdir. Administrator gəldikdən sonra isə müdirin gəlməsini tələb etmişdir. Ona müdirin olmadığını bildirdikdən sonra onlara qarşı nalayiq ifadələr işlətməklə, təhqir etmişdir. Bununla bağlı 102 qaynar xəttinə məlumat vermişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il, saat 23:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il, saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar