Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2705/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri, H.Əliyev prospekti, 139 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 308/1-43 saylı icra vərəqəsindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 368-ci kvartalda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqularının tanınması, müəssisəyə texniki pasportun və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinə həvalə edilməsi qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2011-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 308/1-43 saylı icra işi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 308/1-43 saylı icra sənədi üzrə tələb yerinə yetirilməmiş, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin icra məmuru X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 çıxış edərək bildirdi ki, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi ümumiyyətlə onların səlahiyyətinə aid deyil, belə ki, çıxarış verilməsi reyestr xidmətinin ərazi qurumlarının səlahiyyətinə aiddir. Buna baxmayaraq, ötən məhkəmə iclassında tələbkar bildirmişdir ki, torpaq sahəsi sirkin ərazisinə deyil, kənarına düşür. Bununla bağlı olaraq əgər torpaq sahəsi sirkin kənarına düşürsə, bu halda həmin torpaq sahəsinin tələbkarın adına özəlləşdirilməsində heç bir maneə mövcud deyildir, ancaq onlarda olan müayinə aktına əsəsən onların obyektinin bir hissəsi sirkin ərazisinə düşür ki, həmin obyektlərin özəlləşdirilməsi mümkün deyildir. Lakin sirkin ərazisinə düşməyən obyektlərin özəlləşdirilməsi mümkündür. Tələbkar onlara yaxınlaşaraq sirkin ərazisinə düşməyən obyektlərin özəlləşdirilməsi barədə razılığa gələ bilərlər. Qeyd olunanlara əsasən, məhkəmədən barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş Nizami rayon İcra Şöbəsinin icra məmuru X8 çıxış edərək bildirdi ki, icra sənədi əvvəllər Nərimanov rayon və Xətai rayon İcra Şöbəsinin icraatında olmuş, daha sonra Nizami rayon İcra şöbəsinə daxil olmuşdur. Uzun müddət keçməsinə baxmayaraq icra sənədi üzrə tələb yerinə yetirilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin ərazinin Bakı Dövlət Sirkinin ərazisinə düşdüyü üçün icra sənədinin icrasının mümkünsüz olduğu bildirilmişdir İş üzrə tələbkar X4 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında çıxış edərək bildirdi ki, həmin icra sənədi ilk dəfə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatında olmuş, tələb yerinə yetirilmədiyinə görə həmin vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra icra tədbirləri davam etdirilməli olsa da, davam etdirilməmişdir, icra işi əvvəlcə Xətai rayon icra şöbəsinin, daha sonra Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuş, lakin icra ilə bağlı tədbirlər həyata keçirilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi Bakı Dövlət Sirkinin ərazisinə deyil, sirkin kənarına düşür. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, özəlləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinin Bakı Dövlət Sirkinin yerləşdiyi ərazidə olması səbəbindən icra sənədinin icra edilməməsi icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən asılı olmayan səbəblərdən baş vermişdir. Həmçinin hazırkı halda məhkəmə iclası keçirilərkən borclu dövlət qurumu sözügedən torpaq sahəsinin (obyektlərin) Bakı Dövlət Sirkinin ərazisinə düşməyən hissəsinin özəlləşdirilməsi ilə bağlı lazımi bütün tədbirlərin görülməsinə və həmin torpaq sahəsinin özəlləşdirilməsinə, icra sənədinin icra edilməsinə hazır olduqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2705/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2705/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver