Məhkəmə qərarları › İş №3(007)-2706/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2706/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2706/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri olan Şəxs barəsində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-559/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-9/2024-062 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-488/2020-017 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-619/2020-022 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-587/2020-008 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-927/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-998/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri 30 saylı notariat kontorunun 4252 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4871/2021-010 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-587/2020-022 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla "xxxx" MMC-nin direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədləri üzrə müvafiq tələbləri yerinə yetirmədiyindən barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində protokol tərtib olunmuş vəzifəli şəxs və tələbkar məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü tarixli qərara əsasən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(82)-559/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-9/2024-062 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-488/2020-017 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-619/2020-022 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-587/2020-008 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-927/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-998/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri 30 saylı notariat kontorunun 4252 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4871/2021-010 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-587/2020-022 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nizami rayonu icra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan “icraata başlamaq” haqqında qərarlardan görünür ki, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, "xxxx" MMC-dən icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin rəhbəri Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar