Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2712/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə, Şikayətçi X3 xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı inzibati tənbeh vermə haqqında qərar verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Bakı şəhəri Nizami RPİ-nin 24-cu PŞ-nin rəisi Qarayev Seymur tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat təxminən 20:00-radələrində ona məxsus olan yaşadığı Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev pr.,78 ,m.14 ünvanında yerləşən mənzildə olduğu zaman qapı zərbə ilə döyülmüş, qapını yarımçıq açdıqda qapının arxasında dayanan keçmiş kürəkən (qızım Anarın keçmiş həyat yoldaşı, hazırda onların nikahın pozulması ilə əlaqədar Nizami Rayon Məhkəməsində məhkəmə çəkişməsi davam edir) Teymur İsmayılovu görmüşdür. O, səs küy salaraq, qeyri-adekvat formada, böyük aqresiya ilə qapını dartmağa başlamış və ondan icazə almadan tam qanunsuz olaraq zor gücü tətbiq edərək mənziliə basqın edərək, daxil olmağa cəhd göstərmişdir. 66 yaşının olduğunu qeyd edərək səhhətində müxtəlif problemlər olduğunu bildirmişdir. Bu hadisədən sonra o, dərhal sahə inspektoru polis mayoru N.Yolçuyevə zəng edərək, mənzilinə Teymur İsmayılovun tam qanunsuz olaraq daxil olmağa cəhd etməsi və ölüm ilə hədələdiyi haqqında məlumat vermişdir. Bunu eşidən T.lsmayılov qapıdan geri çəkilmiş və oradan uzaqlaşmışdır. Baş vermiş hadisədən bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixində 24-cü Polis Bölməsinə müraciət edərək, tərəfimdən döyülüb xəsarət alması haqqında yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumat vermişdir. Onun şikayəti əsasında qəbul edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cu PŞ-nin rəisi Qarayev Seymur tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrəicraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 müdafiəçisi Vəkil bildirdi ki, qərarda göstərilən inzibati xətanın X3 tərəfindən törədilməsi qeyri mümükündür. Belə ki, əksinə X5 özü X6 tərəfindən döyülmüşdür. Göstərilənlərə əsasən, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nizami RPİ-nin 24-cu PŞ-nin rəisi Qarayev Seymur tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı qərara əsasən X3 döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan Nizami RPl-nin 24-cu PŞ-nin təhqiqatçısı Pərvanə Əzizova tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs X2 müraciəti əsasında HK-1/1495 saylı təhqiqat materialı üzrə araşdırma aparılmışdır. Təhqiqat materialı üzrə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X6 azyaşlı uşağına baş çəkmək üçün həyat yoldaşının anası X1 yaşadığı mənzilə gəlmiş, onun tərəfindən heç bir səbəb olmadan nalayiq sözlərlə söyüb, təpiklə ayağından, yumruqla bədənindən vurub, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilmişdir. Bu fakt məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 358 saylı müvafiq ekspert rəyi, X2 ərizə və izahatında öz təsdiqini tapmışdır. Bakı şəhəri Bakı şəhəri Nizami RPİ-nin 24-cu PŞ-nin rəisi Qarayev Seymur tərəfindən yuxarıda qeyd edilən faktlar əsasında qanunauyğun olaraq xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı qərar tərtib edilərək, X3 inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixli -ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, xx.xx.2022-ci il tarixli 358 saylı ekspert rəyi, MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı inzibati xəta haqqında iş üzrə qərarla tam sübuta yetirilir. İnzibati tənbehi istisna edən hallar mövcud deyildir və şikayətçi hadisənin onun tərəfindən törədilməməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1, Bakı şəhəri Nizami RPİ-nin 24-cu PŞ-nin rəisi Qarayev Seymur tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN№1046500 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2712/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2712/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver