Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2718/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X12 nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, X13, fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə müqavimət göstərmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Toğrul adlı şəxs idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün Dövlət X12 əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman sürücü və avtomobildə sərnişin qismində əyləşmiş Şəxs özlərini şübhəli apardıqları üçün Dövlət X12 əməkdaşı həmin şəxslərdən dəfələrlə avtomobili tərk etməsini xahiş etsə də, Şəxs polis əməkdaşını videoya çəkmiş, polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq avtomobildən düşməkdən imtina etmişdir. Buna görə də Dövlət X12 əməkdaşı əraziyə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşlarını dəvət etmişdir. Əraziyə gələn Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət etsə də, o avtomobildən düşməkdən imtina etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları Şəxs məcburi formada avtomobildən düşürdərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirmişlər.Polis Şöbəsində Şəxs öz aqressiv hərəkətlərini davam etdirdiyi üçün o, həmin şəxsdən sakit olmasını xahiş edərək, nizam-intizama dəvət etmişdir. Lakin Şəxs onun sözlərinə məhəl qoymamış, səs-küy salaraq Polis Şöbəsinin iş rejimini pozmuş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə, müqavimət göstərmiş, qanuni tələblərinə tabe olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X12 nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində dostu Əfəndiyev Toğrul ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil ilə hərəkətdə olarkən, körpünün üzərində Dövlət X12 əməkdaşı avtomobilə saxla əmri vermiş və dostu Əfəndiyev Toğrul avtomobili saxlamışdır. Bu zaman o, avtomobildə sərnişin qismində əyləşmişdir. Dövlət X12 əməkdaşı avtomobilə yaxınlaşaraq Toğruldan sürücülük vəsiqəsini və digər sənədləri tələb etmiş, Toğrul həmin sənədləri inspektora təqdim etmişdir. Dövlət X12 inspektoru sənədlərə baxaraq Toğrulun manevr etmə qaydalarını pozduğunu bildirsə də, Toğrul inspektorun fikri ilə razılaşmadığı üçün polis əməkdaşı onlardan avtomobili tərk etməyi tələb etmişdir. Bu zaman dostu Toğrul avtomobilin şəxsi mülki olduğunu bildirərək, avtomobildən düşməkdən imtina etmiş, barəsində qərarsız protokol tərtib etməyini xahiş etmişdir. Həmin zaman Toğrul mobil telefon ilə polis əməkdaşını videoya çəkmişdir. Bunu görən polis əməkdaşı Toğrul ilə mübahisə etməyə başlayaraq avtomobilin qapısını açmağa cəhd etmiş, buna görə də Toğrul avtomobilin qapılarını və pəncərələrini bağlamışdır. Bu zaman o qorxaraq mobil telefonu əlinə alaraq videoçəkiliş aparmağa başlamışdır. Bundan sonra əraziyə digər polis əməkdaşları gələrək Toğrul və ondan avtomobili tərk etməyi tələb etmiş, lakin onlar avtomobili tərk etməmiş, buna görə də polis əməkdaşları onları avtomobildən məcburi formada düşürərək Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onların mobil telefonları götürülərək videoçəkilişlər silinmiş və izahatları alınmışdır. Polis Şöbəsində polis əməkdaşları ona nə bildirsələr izahatında da həmin sözləri yazmışdır. O, nalayiq ifadə işlətməmiş, səs-küy salmamışdır. Avtomobildən düşmədiyi üçün əməlindən peşmandır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X12 yol-patrul xidməti inspektoru X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində xidmətdə olan zaman “CHANGAN QİYUAN A06 PLUG-İN” markalı minik avtomobilini manevr etmə qaydalarını pozduğuna görə saxlamış, avtomobilə yaxınlaşaraq sürücüyə inzibati xətanın mahiyyətini izah edən zaman sürücü və yanındakı sərnişin mobil telefon vasitəsi ilə onu çəkmişdir. Sürücü və sərnişinin hərəkətlərindən şübhələndiyi üçün, həmçinin, avtomobilə baxış keçirilməsi zərurəti yarandığından həmin şəxslərdən dəfələrlə videoçəkilişi dayandırmağı, avtomobili tərk etməyi xahiş etsə də, onlar avtomobili tərk etməkdən imtina etmiş, onun qanuni tələblərinə tabe olmamışlar və avtomobilin pəncərəsini gah açıb, gah da bağlayaraq qeyri-adekvat hərəkətlər etmişlər. O, sürücü və sərnişinə X11 Qanunun 37-ci maddəsinin tələbinə əsasən avtomobili tərk etmələrini tələb etsə də, sürücü və sərnişin israrla öz hüquqlarını qoruduqlarını və avtomobildən çıxmayacaqlarını bildirmişlər. Buna görə də əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət etmişdir. Əraziyə gələn Post Patrul Xidmətinin əməkdaşları sürücü və sərnişini nizam-intizama dəvət etsə də, həmin şəxslər bundan imtina etdiyi üçün Post Patrul Xidmətinin əməkdaşları ilə birlikdə onları avtomobildən düşürərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxslərdən biri avtomobildə sərnişin qismində əyləşmiş şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Polis Şöbəsində Şəxs aqressiv hərəkətlərə davam etmiş, səs-küy salaraq onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində xidmətdə olduğu zaman YPX inspektoru onu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinə köməyə çağırmışdır. O, dərhal həmin ünvana yaxınlaşmış, bu zaman Dövlət X12 əməkdaşı “CHANGAN QİYUAN A06 PLUG-İN” markalı minik avtomobilində əyləşən sürücünün və sərnişinin özlərini şübhəli apardığını, onların qanuni tələblərinə tabe olmadığını bildirmişdir. O, avtomobildə əyləşən şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət edərək, avtomobilin qapısını açmasını, avtomobili tərk etməyi xahiş etmişdir. Bu zaman həmin şəxslər onun qanuni tələblərinə tabe olmamış, dəfələrlə avtomobilin pəncərəsini gah açıb, gah da bağlayaraq qeyri-adekvat hərəkətlər etmişlər. O, dəfələrlə həmin şəxsləri nizam-intizama dəvət etsə də, onun sözlərinə məhəl qoymamışlar. Buna görə də sürücünü və sərnişini avtomobildən düşürərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində avtomobildə sərnişin qismində əyləşmiş şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Polis Şöbəsində Şəxs aqressiv hərəkətlərə davam etmiş, səs-küy polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2718/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2718/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver