Məhkəmə qərarları › İş №3(007)-2719/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2719/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2719/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 01 sentyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X2, barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və sənədlərdən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi qarşısında iri iti buruntaqsız küçədə gəzdirdirməkdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində tənbeh edilmişdir. X1 şikayət verərək, barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 08-08:30 radələrində itini gəzdirməyə çıxarmış və gəzinti zamanı itə su vermək üçün dayanarkən polis geyimində mayor rütbəsində polis əməkdaşı ona yaxınlaşmış, adını, soyadını, mobil telefon nömrəsini, yaşadığı ünvanı soruşmuş, daha sonra itlə bağlı onu sorğu-sual etmiş və sonda itin ağzının açıq olmasının səbəbini soruşmuşdur. Polis əməkdaşına itə su vermək üçün buruntağını açdığını demişdir. Bundan sonra polis əməkdaşı şəxsi avtomobilinə əyləşib getmiş və bir müddət sonra sms vasitəsi ilə cərimə olunduğu barədə xəbərdarlıq almışdır. Polis əməkdaşının onun barəsində inzibati xəta haqqında protokol tərtib etməsindən məlumatı olmamış və protokol onun iştirakı olmadan tərtib edilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnə ərizə ilə müraciət edərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətini almışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və X2 iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti sənədlərlə əlaqəli araşdırıb qeyd edir ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında X1nu verdiyi şikayət rədd edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərə əsasən, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, X2 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, X2 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət əsassızdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA A L D İ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar