Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2722/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Nizami rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə ona məxsus Ford Fusion markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə İlham Əliyev küçəsindən sağa Tofiq abbasov küçəsinə dönərkən, yolun əks istiqamətindən gələn və onun yolunda hərəkətdə olan Niva markalı avtomobillə qəza törətmişdir. Bundan sonra, təqsirin kimdə olmasını müəyyən etmək məqsədilə, Nizami Rayon Dövlət X11 dəvət olunmuş və orada əsassız olaraq, guya dönmə əməliyyatını yerinə yetirərkən yol ver nişanına əməl etmədiyi bildirərək, İXM-in 327.2maddəsinə əsasən cərimə edilmişdir. Hesab edir ki, İXP ******* saylı protokol üzrə xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yol hərəkəti haqqında qanunun 51-ci maddəsinin 1-ci bəndinə əsasən, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Beləliklə, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə idarə etdiyi ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu İlham Əliyev küçəsindən Tofiq Abbasov küçəsinə dönərkən yol ver nişanının tələbinə riayət etmədiyindən yolun əks istiqamətindən gələn Niva markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X5 tərfindən inzibati xətaya yol verildiyindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Nizami rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, İXP6248221 nömrəli protokol əsasında qəbul edilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxeminə və videomateriala baxış keçirərkən müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, İlham Əliyev küçəsində yolun sağ hissəsində yerləşdirilmiş yol ver nişanı yolun sol hissəsindən, yəni əsas yolla hərəkət edən nəqliyyat vasitələri üçün üstünlük hüququnu tanıyır. Belə olduğu təqdirdə yolun əks istiqaməti ilə hərəkət edən Niva markalı nəqliyyat vasitəsi girmək istədiyi hərəkət zolağında ötmə əməliyyatı etməsi üçün kifayət qədər məsafənin mövcud olmasından əmin olmalı idi. Beləliklə, “Yol Ver” nişanı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinə üstünlük hüququ tanıya bilməz. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 327.2-ci maddəsi ilə Nizami rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2722/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2722/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver