Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2723/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X10 və qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası X3 nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı Qərarı ilə "xxxx" MMC-yə İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bu Qərarla bağlı tərəfimizdən xx.xx.2024-cü il tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur, lakin Bakı İnzibati Məhkəməsinin e-2- 1 (112)-8419/2024 nömrəli xx.xx.2024 tarixli Qərardadı ilə idda ərizəsi geri qaytarılmışdır. Belə ki, X3 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı Qərarında qeyd olunmuşdur ki, "xxxx" MMC AQTA-nın Bakı RB tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli 049 saylı Qərarını icra etmədiyindən 4000 manat məbləğində inzibati cərimə olunmalıdır. xx.xx.2024-cü il tarixli 049 saylı Qərarda qeyd edilmişdir ki, AZNUR MMC tərəfindən xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan toyuq məhsullarının dövriyyəsi dayandırılsın və 15 gün müddətində bütün satış obyektlərindən geri çağırılsın. Həmin Qərar qəbul olunan tarixə qədər dövriyyəsi dayandırılması barədə qərar verilmiş həmin məhsullar artıq mağazalarda satılıb bitmişdir. "xxxx" MMC tərəfindən X5 yazılmış xx.xx.2024-cü il tarixində cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan idxal olunmuş dondurulmuş toyuq məhsullarının satılması səbəbindən qərarın icrası mümkün deyildir. İdxal edilmiş eyni məhsullar, yəni xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan toyuq məhsullarının sertifıkatlasdırılmadan satılmasına görə X7 tərəfindən xx.xx.2024-cü il tarixli MN1315351 saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuş və “Aznur" MMC İXM-nin 447.0.4-cü maddəsinə əsasən 2000 manat cərimə olunmuşdur. Həmin cərimə ödənilmişdir. xx.xx.2024-cü il tarixli MN1315351 saylı İnzibati tənbeh vermə haqqında Qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan toyuq məhsulları satıldığından xx.xx.2024-cü il tarixli 049 saylı Qərarın icrası mümkün deyildir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi X12 məhkəmə iclasında şikayətin məzmununa uyğun çıxış edərək və verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək, şikayət ərizəsinin təmin olunmasını və inzibati cərimə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin məsləhətçisi X6 bildirmişdir ki, "xxxx" MMC tərəfindən sözügedən məhsullar İD********** nömrəli müraciət əsasında ölkə ərazisinə idxal olunmuş, həmin məhsullardan tədqiqat üçün nümunələr götürülmüşdür. xx.xx.2024-cü il tarixli tədqiq (sınaq) nəticələrinə dair protokollara əsasən təqdim olunmuş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən salmonella aşkar olunmasına görə məhsul Azərbaycan Respublikası Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 19 saylı qərarın tələblərinə cavab verməmiş, istifadəyə yararsız olmuş, bununla bağlı xx.xx.2023-cü il tarixdə anbara baxış keçirilən zaman İD********** nömrəli müraciət əsasında idxal olunmuş dondurulmuş bütöv toyuq və dondurulmuş toyuq filesi məhsullarının idxal sağlamlıq aktı olmadan satıldığı aşkar edilmişdir. Bununla əlaqədar olaraq MMC-nin direktoru İXM-nin 447.0.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunaraq cərimə edilmiş, həmçinin rəhbərlik tərəfindən qərar qəbul edilərək həmin satılmış malların 15 gün ərzində geri qaytarılması tələb olunmuşdur. Lakin məhsullar geri qaytarılmamış və bununla bağlı müvafiq protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən və qərar qəbul olunarkən hər hansı bir pozuntuya yol verilməmişdir. Həmin qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 19 mart 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan və satışı həyata keçirilən məhsul partiyası barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 049 nömrəli qərar icra olunmadığı üçün "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2ci maddəsinin tələbini pozmuş və nəticədə 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cərimə şərti tətbiq olunmuş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üşün 20 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 049 nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan xx.xx.2024-cü il istehsal tarixli xx.xx.2025-ci il son istifadə tarixli 004 partiya, brutto çəkisi 741 kq olan dondurulmuş toyuq filesi, xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadı tarixli, 364 partiya nömrəli, brutto çəkisi 846.14 kq, dondurulmuş bütöv toyuq məhsul partiyasında xx.xx.2024-cü il tarixli sınaq nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən salmonella aşkar olunmuşdur. Qeyd olunan səbəbdən sözügedən məhsul partiyasının dövriyyəsinin dayandırılması, 15 gün ərzində geri çağıırılması və görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, - "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan və satışı həyata keçirilən 741 kq olan dondurulmuş toyuq filesi və 846.14 kq, dondurulmuş bütöv toyuq məhsul partiyasında zərərli orqanizm aşkar olunmuş, bu səbəbdən həmin məhsul partiyasının dövriyyəsinin dayandırılması və 15 gün ərzində satış obyektlərindən geri çağırılması qərara alınmış, lakin qərardan şikayət vermiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və iş materiallarından da göründüyü kimi həmin məhsul partiyasının geri çağırılması MMC tərəfindən mümkün olmamış, Agentliyin Bakı regional bölməsinin müvafiq qərarı icra olunmamışdır. Bu səbəbdən "xxxx" MMC-nin direktoru X2 barəsində 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib olunmuş və həmin protokol əsasında da MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli qərarla "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə şərti olaraq tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.44- 1 bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1, 444, 447.0.1 – 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır. Beləliklə, işdə olan sübutlarla Azərbaycan Respublikasının X7nin Bakı Regional Bölməsinin rəisi X11 tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin öz şikayətində göstərdiyi "xxxx" MMC-nin direktorunun İXM-nin 447.0.4-cü maddəsi ilə artıq məsuliyyətə cəlb edilməsi, həmçinin satılmış məhsulların geri qaytarılmasının mümkün olmaması "xxxx" MMC-nin İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini aradan qaldıran hal kimi müəyyən edilə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən sertifikatlaşdırılmalı olan malların müvafiq sertifikat olmadan satılması, hüquqi şəxsi həmin malların satış obyektlərindən geri çağırılması öhdəliyindən azad etmir. Beləliklə "xxxx" MMC-nin əməlində ayrı-ayrılıqda İXM-nin həm 447.0.4, həm də 544.2-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən olunduğundan şikayətin əsassız olması müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına və şikayətçinin şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, şikayətçinin göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olaraq qəbul olunmuş MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 29 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2723/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2723/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver