Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2724/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 388.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və İXM-nin 388.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:40 radələrində polisin ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərini pozmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə A.M.Kərimovanın şəkillərini paylaşaraq ondan müəyyən məbləğdə pul tələb etmişdir. Məhkəmə daxil olmuş materialı nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.5 və 100.1.6-cı maddələrinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında materialın göndərildiyi müşayiət məktubunda Şəxs barəsində İXM-nin 510, 388.1 və 535.1-ci maddələrinin tələbinə uyğun inzibati qaydada toplanmış materialın göndərilməsi qeyd olunmasına, İXM-nin 388.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə protokol tərtib olunmasına baxmayaraq qeyd olunan 388.1 ilə həmin Məcəllədə müvafiq maddənin mövcud olmaması müəyyən edilmiş, yəni inzibati materialda inzibati xətaya görə məsuliyyət nəzərdə tutulan maddə yanlış göstərilmişdir. Bundan əlavə həmin Məcəllənin 100.1.6-cı maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxsin adı, atasının adı, onun ünvanı protokolda qeyd edilməmiş, zərərçəkmiş şəxsin izahatı inzibati xəta haqqında materiallara əlavə edilməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, inzibati materiala əlavə edilmiş tutma protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları barədə bildiriş, protokolu və bildirişi tərtib etmiş Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Əli Məmmədov tərəfindən imzalanmamış, inzibati qaydada tutma protokolunda şəxs xx.xx.2025-ci il tarixdə tutulmasına baxmayaraq protokolun tarixi yanlış qeyd edilərək xx.xx.2025-ci il olaraq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin dispozasiyasında qeyd olunan əməllərə görə cərimə və ya həbs növündə inzibati tənbeh tətbiq edilməsi müəyyən olunmuşdur. Həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə işlərə məhkəmə tərəfindən dərhal baxılması nəzərdə tutulduğundan hazırki materiallardakı natamamlığın aradan qaldırılması isə müəyyən vaxt tələb etdiyindən və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokollar və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında protokolların düzgün tərtib edilməməsi, protokollara əlavə edilmiş materialların natamam təqdim edilməsi, işə baxılarkən onların tamamlanmasının mümkün olmaması müəyyən edildiyi üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və İXM-nin 388.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-2724/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2724/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver