Məhkəmə qərarları › İş №3(007)-2727/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2727/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2727/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, tələbkar X3 iştirakları ilə, xx.xx.1969-cu il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, mebel ustası işləyən, Türkiyə Respublikası Sarıkaya/Yozgat Şekerpınar mah., Nevzat Şener bul., No: 23, iç kapı No: 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, 1926cı məhəllə ünvanında ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(007)-3961/2018 saylı icra vərəqəsindən görünür ki, X5 ilə X16 arasında bağlanılmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10 anaları X3 yanında saxlanılması, X8 xx.xx.2018-ci il tarixdən başlayaraq birgə nikahdan dünyaya gəlmiş xx.xx.2004-cü il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 154 manat olmaqla 308 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə 26 oktyabr 2018-ci il tarixli, e-2(007)- 3961/2018 saylı iş üzrə icraata başlanılmış və borclu X14 tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 29 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X16 Nizami rayon İcra Şöbəsinin icraatında olan 26 oktyabr 2018-ci il tarixli, e-2(007)-3961/2018 saylı icra vərəqəsinin icrası ilə bağlı hər hansı bir könüllü ödəniş həyata keçirməmiş, nəticədə 14476 manat borcu yaranmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında X16 barəsində Nizami rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, e-2(007)-3961/2018 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış, və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan ödəniş etməmiş və nəticədə 14476 manat borcu yaranmışdır. Məhkəmə iclasında borclu X16 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan hal-hazırda 300 manat ödəmişdir, borcun ödənilməsindən yayınmır. Qalan borcu da hissə-hissə ödəyəkdir. Qeyd olunanlara əsaəsn, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş üzrə tələbkar X5 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan borclu X16 hal-hazırda ona 300 manat ödəmişdir. Tələbkar buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, X13 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tələbkar tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə və proses iştirakçılarının izahatları ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, e-2(007)- 3961/2018 saylı icra sənədi üzrə yaranmış borcdan 300 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu X13 tələbkara müəyyən məbləğlərdə ödənişlər etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, X13 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu X13 barəsində tərtib olunmuş 29 noyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar