Məhkəmə qərarları › İş №3(007)-2734/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2734/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2734/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X4 Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin 29 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin 29 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin İXP ******* nömrəli 03 noyabr 2022-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* nömrəli 13 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 3(007)- 298/2023 nömrəli qərarı ilə onun həmin qərardan verdiyi şikayəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından apellyasiya qaydasında şikayət verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 3(103)-348/2023 nömrəli qərarı ilə onun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası DİN Bakı şəhəri X11 İdarəsinin 13 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş, barəsində İXP ******* nömrəli 03 noyabr 2022-ci il tarixli protokol əsasında İXM-nin 342.2.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmiş, onun İXM-nin 322.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına hüquqi qiymət verilməsi üçün material ayrılaraq Bakı şəhər X11 İdarəsinə göndərilmişdir. BDYPİ-nin 29 mart 2023-cü il tarixli TP ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 322.0.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (“Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə) törədildiyi bildirilmişdir. Qeyd edilən qərar rəsmi olaraq ona 18 aprel 2023-ci il tarixdə təqdim edilmişdir. O, qeyd edilən qərarla razı deyil. Belə ki, taksi fəaliyyəti ilə məşğul olduğundan avtomobilin üzərində daima “taksi” tanıma nişanı (xalq arasında “şahmat” deyilən maqnitli, gecə vaxtlarında işıq saçan cihaz) olur. Eyni zamanda Bolt, Uber (Yango) və Maksim taksi şirkətlərinə qoşulmuşdur və həmin taksi şirkətlərindən gələn sifarişləri icra edərək sərnişin daşıyır. Bilindiyi kimi həmin taksi şirkətlərinə qoşulduqdan sonra mobil cihazda müvafiq lisenziyalı proqram təminatı yerləşdirilir və o, sifarişi həmin proqram vasitəsilə qəbul edir. Barəsində protokol tərtib edilən zaman da o, həmin proqram təminatı ilə sifariş qəbul edərək tapşırığı (sərnişin daşıma) icra etmişdir. Göründüyü kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və barəsində qəbul edilən qərar qanunsuz və əsassızdır. Məhz bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, X8 03 noyabr 2022-ci il tarixdə Bakı şəhərinin Mikayıl Əliyev küçəsində idarə etdiyi “Lada Priora” markalı **-BS-*** qeydiyyat nişanlı avtomobildə sərnişin daşıyarkən nəqliyyat vasitəsinin üzərində “taksi” tanınma nişanları olmadığına, həmçinin avtomobilinin alın şüşəsinə görünüşü məhdudlaşdıran qanunla tətbiqinə icazə verilməyən plyonka çəkdiyinə görə yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4 və 322.0.2-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X8 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunaraq icraata xitam verilməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 19 yanvar 2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. X4 həmin qərardan şikayəti Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarı ilə təmin olunmuş, məhkəmənin qərarı və Baş X11 İdarəsinin qərarı ləğv olunmuş, barəsində İXM-nin 342.2.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmiş, bununla yanaşı onun İXM-nin 322.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına hüquqi qiymət verilməsi üçün material Baş X11 İdarəsinə göndərilmişdir. Bundan sonra inzibati xəta haqqında işə baxılaraq X8 Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. X4 “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımasını həyata keçirməsi işdə olan bütün sübutlarla, o cümlədən məhkəməyə təqdim edilmiş CD diskdə olan video görüntülərlə öz təsdiqini tapmışdır. Bununla yanaşı, hesab edirlər ki, X8 29 mart 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulan müddəti də ötürmüşdür. Şikayətin isə hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 29 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 3(103)-348/2023 nömrəli qərarından görünür ki, X8 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı və Bakı şəhər X11 İdarəsinin 13 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş, X8 barəsində İXP ******* nömrəli 03 noyabr 2022-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXMnin 342.2.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına hüquqi qiymət verilməsi üçün material ayrılaraq Bakı şəhər X11 İdarəsinə göndərilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin 29 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Lada Priora minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X8 Bakı şəhəri, Mikayıl Əliyev, məhəllə 2428 ünvanında 03 noyabr 2022-ci il tarixdə saat 17:10-da “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə, Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə məhkəmə iclası iştirakçıları ilə baxış keçirilərkən inzibati xəta haqqında qərarda müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X8 mübahisələndirdiyi qərardan şikayət verməklə yanaşı, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş sayılmasını xahiş etmişdir, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsi isə həmin müddətin ötürüldüyünü qeyd etmişdir. Hansı ki, məhkəmədə müəyyən edilmişdir ki, X8 mübahisələndirdiyi 29 mart 2023-cü il tarixli qərarı 18 aprel 2023-cü il tarixdə rəsmi qaydada əldə etdikdən sonra ondan qanunla müəyyən edilmiş müddətdə şikayət vermiş, məhkəmənin 11 may 2023-cü il tarixli 3(007)-2593/2023 nömrəli qərarı ilə müvafiq nöqsanlara görə şikayət geri qaytarılmış, nöqsanları aradan qaldırdıqdan sonra onun tərəfindən 12 may 2023-cü il tarixdə qərardan şikayət yenidə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosesual müddət ötürülməmiş hesab olunmaqla müddətin bərpası barədə qərardad qəbul olunmasına əsaslar yoxdur. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsinə əsasən “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə - qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydalarının: 1.2.21-ci yarımbəndinə əsasən taksi minik avtomobili — xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsidir; 1.2.22-ci yarımbəndinə əsasən taksometr — taksi minik avtomobili üçün nəzərdə tutulmuş onun işinin maliyyə və daşınma göstəriciləri uçotunun aparılmasını, gediş haqqının müəyyən edilməsini və gediş haqqının məbləği haqqında sərnişinin məlumatlandırılmasını təmin edən xüsusi ölçü cihazıdır; 2.14-cü bəndinə əsasən taksi minik avtomobili “Taksi” tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 Adəm Hatəm oğlu idarə etdiyi “Lada Priora minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mikayıl Əliyev, məhəllə 2428 ünvanında 03 noyabr 2022-ci il tarixdə saat 17:10-da “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X8 şikayətində, taksi fəaliyyəti ilə məşğul olduğundan avtomobilin üzərində daima “taksi” tanıma nişanı (xalq arasında “şahmat” deyilən maqnitli, gecə vaxtlarında işıq saçan cihaz) olduğunu göstərsə də, nəzərə alınmalıdır ki, bu, onun subyektiv fikirləridir, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən Azərbaycan Respublikasının avtomobil nəqliyyatı daşıyıcıları tərəfindən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edən Qaydalar mövcuddur, hansı ki, bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmişdir, Qaydalarla müəyyən edilmiş tələblər pozulduğu halda, bu, müvafiq halda inzibati məsuliyyətə səbəb olur. Həmin X1 qeyd etdiyi “taksi” tanıma nişanının (xalq arasında “şahmat” deyilən maqnitli, gecə vaxtlarında işıq saçan cihazın) tətbiqi, belə nişandan istifadə edən şəxsin isə məsuliyyətdən azad olunması nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş video görüntülərə baxış zamanı da X4 nəqliyyat vasitəsində yuxarıda istinad olunan Qaydalarla müəyyən edilmiş, sərnişin avtonəliyyat vasitəsinə (taksi minik avtomobilinə) dair tələblərə əməl olunmadığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinin 29 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar