Məhkəmə qərarları › İş №3(007)-2763/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2763/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2763/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nin nümayəndəsi Sənan Musayevin iştirakları ilə , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs MMC-nin 26 iyul 2018-ci il tarixli 173 saylı əmrinin 1-ci bəndinin ləğv edilməsi, X3 əvvəlki iş yerinə Şəxs MMC-nin Əhəng Karbonat sahəsinə operator köməkçisi vəzifəsinə bərpa olunması, qanunsuz işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə X4 əmək haqqı verilməsi qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə 2(007)-3647/2022 saylı iş üzrə icraata başlanılmış və borclu Şəxs-nə tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X5 əvvəlki iş yerinə, operator köməkçisi vəzifəsinə bərpa etməmişdir, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında borclu Şəxs-nin nümayəmdəsi çıxış edərək bildirdi ki, Şəxs MMC-nin Əhəng Karbonat sahəsi tamamilə avtomatlaşdırılması səbəbi ilə operator köməkçi vəzifələrinin tamamilə ləğv edildiyi üçün, tələbkarın öz əvvəlki vəzifəsinə bərpa edilməsi texniki cəhətdən qeyri mümükündür. X1 əvvəlki maaşından aşağı olmamaq şərti ilə başqa vəzifələr təklif edilməsinə baxmayaraq, şəxs bu təkliflərə razılıq verilməmişdir, həmçinin məcburi iş buraxma müddəti üçün ödəniləcək məbləğ hesablanıb işçinin “ASB” bankda olan bank hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Borclu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, borclu tərəfindən tələbkar Ramal Cavadovun əvvəlki vəzifəsinə bərpa edilməsi, Əhəng Karbonat sahəsi tamamilə avtomatlaşdırıldığından və bu səbəbdən operator köməkçisi vəzifəsi ləğv edildiyindən qeyri mümkündür. X2 əvvəlki vəzifə maaşından aşağı olmamaq şərti ilə Şəxs MMC-də yeni işlə təmin edilməsi məqsədilə müəssisədə hal-hazırda boş olan iş yerləri barədə seçim haqqı təklif olunmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan məcburi iş buraxma müddəti üçün 8205,90 AZN işçinin “ASB” bankdakı hesabına köçürülmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli Əmrə əsasən operator köməkçisi ştatı ləğv edilmişdir. Məhkəmə hesab edir ki, borclu tərəfindən tələbkara ödənişlər etməsi, həmçinin əvvəlki vəzifə maaşından aşağı olmamaq şərti ilə Şəxs MMC-də yeni işlə təmin edilməsi məqsədilə təkliflərin olunması icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs MMC barəsində tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar