Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2764/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, Qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair X4 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokol tam qanunsuzdur, əsassızdır və hüquqa ziddir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 06:39 radələrində hava limanı yolu Buta Palace yaxınlığında «HYUNDAİ 130 Minik» markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomaşını o idarə etməmişdir. Həmin avtomaşını idarə edilməsi üçün etibarnamə əsasında oğlu X3 verilmişdir. BDYPİ-si tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında onun barəsində (onun iştirakı olmadan) qəbul edilmiş «İnzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməldir. Vəsatətində qeyd etmişdir ki, barəsində şikayət vermiş olduğu qərarın mövcudluğundan məlumatı olmamış, yalnız 25 may 2024-cü il tarixdə qərar onun müraciəti əsasında ona təqdim edilmişdir. Ona görə də xahiş edir ki, həmin müddət üzürlü hesab edilsin və müddət bərpa edilsin. Məhkəmə aşağıdakılara görə hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında qərardan şikayət vermiş şəxsin barəsində çıxarılmış inzibati tənbeh vermə barədə qərardan məlumatsız olmasını, həmçinin qərarın ona 25 may 2024-cü il tarixdə təqdim olunmasını təsdiq edən sübut aşkar edilməmişdir. İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, şikayət verilmə müddətinin üzürlü səbəbdən buraxılması halları aşkar olunmadı. Müddətin buraxılması üçün vəsatətdə göstərilmiş səbəblərin isə üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan X4 tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2764/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2764/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver