Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2767/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/ seriyalı, 17920333 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə X2 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/ seriyalı, 17920333 nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/ seriyalı, 17920333 nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və sözügedən inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirilmiş inzibati cərimə məbləğinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, 25 may 2024-cü il tarixdə BDYP-nin əməkdaşı tərəfindən saxlanılarkən barəsində protokol tərtib olunduğunu bildirmişlər. O, dərhal BDYP-nə gedərək qərarın verilməsini tələb etmişdir və həmin qərar ona 25 may 2024-cü il tarixdə verilmişdir. Odur ki, qeyd etdiklərinə əsasən baş verənləri üzrlü səbəb kimi qəbul etməklə, barəsində qəbul olunmuş qərarı müvafiq qaydada mübahisələndirməyə nail olmaq hüququnu, xx.xx.2023-cü il tarixli qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 vəsatəti müdafiə edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/ seriyalı, 17920333 nömrəli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin X2 tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə vəsatət təmin edilməməli və şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu ii tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİ X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/ seriyalı, 17920333 nömrəli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2767/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2767/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver