Məhkəmə qərarları › İş №3(007)-2770/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2770/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2770/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhər Nizami RPİ-nin DYPŞnin YNH ispektoru polis leytenantı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, 25 yanvar 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X3, barəsində Bakı Bakı şəhər Nizami RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı 27 oktyabr 2021-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş TP ******* saylı 27 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 21.10.2021-ci il tarixdə saat 08:50 radələrində ünvan 3 ünvanda “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmağa, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiurli bilinərək 60 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 şikayət verərək, 27 oktyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslndırmışdır ki, 21.10.2021-ci il tarixdə ünvan 3-nin qarşısı ilə anası X7 məxsus “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, yol ayrıcına yenicə çatmış, sağ tərəfdən 1.5 üfüqü nişanlama xəttinin tələbini pozaraq hərəkət zolağının əks istiqamətindən gələn ** GE *** “Nissan Sunny” markalı avtomobil onun idarə etdiyi avtomobilə çırpılaraq avtomobilə maddi ziyan vurmuşdur. Lakin, hadisə ilə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokolda onun İXM 327.2, 332.1-ci maddələri ilə inzibati xəta törətməsi qeyd edilmişdir. Protokola etrirazını bildirdiyi üçün həmin işə 23 oktyabr 2021-ci il tarixdə BDYPİ-də baxılsa da heç bir qanuni əsas göstərilmədən İXM 327.2, 332.1-ci maddələrinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. Onun avtomobili idarə etməsi üçün etibarnamə olmuş və QR kod vasitəsilə Elektron-Notariat iformasiya bazasında oxunmuşdur. Həmin qəza zamanı onun avtomobilini yolun əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitəsi vurmuşdur. Məhkəmə iclasında X9 şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X4 şikayətin əsassız olduğunu qeyd edərək, izahatında göstərmişdir ki, X9 21.10.2021-ci il tarixdə saat 08:50 radələrində ünvan 3 ünvanda idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozmuş və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisə zamanı X3 anası X7 məxsus “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsinə dair verilmiş etibarnaməyə xitam verildiyi və baş vermiş yolnəqliyyat hadisəsində X3 təqsirli olduğu müəyyən edilmişdir. Məhkəmə şikayəti və inzibati tənbeh vermə haqqında qərarı iş materialları ilə əlaqəli araşdırıb, proses iştirakçılarının izahatını dinləyərək qeyd edir ki, inzibati iş üzrə TP ******* saylı 27 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən olunmadığına görə şikayət rədd edilməlidir. Belə ki, inzibati işə əlavə olunmuş araşdırma sənədlərindən görünür ki, X9 21.10.2021-ci il tarixdə saat 08:50 radələrində ünvan 3 ünvanda anası X7 məxsus “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində X2 idarə etdiyi ** GE *** “Nissan Sunny” markalı avtomobili vurmuşdur. İnzibati işə əlavə olunmuş 26.03.2015-ci il tarixli AD 051970 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X8 verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi 26.03.2025-ci il tarixədək etibarlıdır. İnzibati işə əlavə olunmuş 28.02.2020-ci il tarixli Etibarnamədən görünür ki, həmin etibarnamə X10 tərəfindən mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 26.03.2025-ci il tarixədək X9 tərəfindən idarə olunması haqqında verilmişdir. İnzibati işə əlavə olunmuş və operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsindən əldə edilmiş məlumatdan görünür ki, X5 mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X9 tərəfindən 28.02.2020 və 26.03.2025-ci il tarixədək idarə olunması üçün verilmiş Etibarnamənin qarşısında xitam sözü qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş materiallarında olan məlumatları nəzərə alaraq qeyd edir ki, Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə qəbul edilmiş TP ******* saylı 27 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən ediməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, X3 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, X3 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı 27 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayət əsassızdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 şikayəti rədd edilsin. Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə qəbul edilmiş TP ******* saylı 27 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar