Məhkəmə qərarları › İş №3(007)-2776/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2776/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2776/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, şikayətçi – X6 və qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şikayətçi – X6 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində etibarnamə əsasında idarə etdiyi **-YB-*** qeydiyyat nömrəli, Hyundai i 20 minik markalı və **-SX-*** qeydiyyat nömrəli, BMW 318 minik markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ-inspektoru polis kapitanı Vahid Əliyevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP 58202 saylı inzibati xəta haqqında Protokolla və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək mənə 80 manat inzibati cərimə tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinin 3-cü hissəsinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. Həmin Qanunun 60-cı maddəsinin 1-ci hissəsinə əsasən svetoforun nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Ərizəyə əlavə edilmiş həmin yol-nəqliyyat hadisəsini özündə əks etdirən “CD Disk”yerləşdirilən video və fotoşəkillərə nəzər yetirdikdə aydın olur ki, **-SX-*** qeydiyyat nömrəli, BMW 318 minik markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığından keçərək yol hərəkət qaydaları onun tərəfindən kobud surətdə pozulmuşdur. Lakin, yol hərəkət qaydalarının həmin sürücü tərəfindən pozulmasına baxmayaraq inspektor Vahid Əliyev hadisəyə düzgün hüquqi qiymət verməmiş və yalnış nəticəyə gələrək onun barəsində inzibati protokol tərtib etmişdir. Qeyd olunanlara əsaslanaraq protokol və xx.xx.2024-cü il tarixli TP6518667 sayı inzibati tənbeh vermə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, svetoforun yaşıl işığında hərəkətini davam etdirmiş, heç bir qayda pozuntusuna yol verməmişdir. Digər avtomobil qayda pozuntusuna yol verərək qəza şəraiti yaratmış, dayanmalı olduğu halda svetoforun qırmızı işığında hərəkətini davam etdirmişdir. O, hərəkətdə olarkən sol tərəfdə maşın və ağaclıq ərazi olduğu üçün soldan gələn avtomobili görmək imkanı olmamışdır. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar əsassızdır. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirdi ki, digər nəqliyyat vasitəsi svetoforun icazə siqnalı yanarkən keçmiş, həmin yol ayrıcında stop-xətlər olmadığından öz hərəkətinə davam etmişdir. X8 isə hərəkətə başlamadan öncə yol ayrıcına daxil olmuş nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yol verməmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. beləliklə, yolnəqliyyat hadisəsi zamanı X8 təqsirli bilinmiş, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunana əsaslanaraq şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən X8 xx.xx.2024-cü il tarixdə, saat 08:00-da idarə etdiyi **-YB-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ20” minik markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü svetoforun siqnalını əsas tutmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. İş materiallarında olan şikayətçi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 idarə etdiyi “Hyundai İ20” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Q.Qarayev prospekti ünvanında yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə qəza baş vermişdir. Həmçinin iş materiallarında olan qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim olunmuş videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, **-SX-*** qeydiyyat nömrəli, BMW 318 minik markalı avtomobil svetoforun icazə siqnalı yanarkən yolayrıcına daxil olmuş, yolayrıcında yerdə stop-xətlər (5.33 nişanı) olmadığı üçün öz hərəkətini davam etdirnişdir. Belə ki, qeyd olunan yolda videogörüntüdən də məlum olduğu kimi yerdə stop-xətlər olmamış, belə olan halda yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Həmçinin X2 yaşıl işığı, yəni icazə siqnalı yanmış olsa belə, yolayrıcında hərəkətini başa çatdırmaqda olan digər nəqliyyat vasitələrinə yol verməli idi. Bu səbəbdən X8 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi iş materiallarında olan videogörüntü, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə müəyyən edilmişdir Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar