Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-278/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2 (008)- 500/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. İnzibati işdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2 (008)-500/2019 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Sabunçu Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007)- 111/2020 saylı icra vərəqəsinə əsasən, birgə nigah dövründə alınmış, 09 aprel 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satılmış “Mercedes Benz C230” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 10 000 manat pul vəsaitinin yarısı, yəni 5 000 manat Şəxs alınaraq X4 verilməlidir. İnzibati işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2 (007)-111/2020 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayev tərəfindən tərtib olunmuş 27 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019cu il tarixli 2 (008)-500/2019 saylı icra vərəqəsinə əsasən 3515 manatı, Bakı şəhəri Sabunçu Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007)-111/2020 saylı icra vərəqəsinə əsasən 5 000 manatı X4 ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2 (008)-500/2019 saylı icra vərəqəsinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment ondan alınaraq X4 verilməlidir. Bakı şəhəri Sabunçu Nizami Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2 (007)-111/2020 saylı icra vərəqəsinə əsasən, birgə nigah dövründə alınmış, 09 aprel 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satılmış “Mercedes Benz C230” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 10 000 manat pul vəsaitinin yarısı, yəni 5 000 manatı ondan alınaraq X4 verilməlidir. İcra sənədinə əsasən 3515 manat aliment borcu vardır. Borcu ödəyə bilməməsinə səbəb xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyinə görə avtomobilin cərimə meydançasında saxlanılması olmuşdur. xx.xx.2022-ci ildə avtomobili cərimə meydançasından çıxarmış və xx.xx.2022-ci il tarixdən Ç.Məmmədovanın hesab kartına 10 manat ödəniş etməyə başlamışdır. 03 fevral 2022-ci ildə Ç.Məmmədovanın hesab kartına 150 manat ödəniş etmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və müddəti barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və tələbkarın iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli tədqiq edərək, cavabdehin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş “eManat” ödəmə sistemi vasitəsi ilə aparılmış ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə tələbkar X3 Kapital Bank kart hesabına 150 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tələbkara müəyyən məbləğdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 27 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-278/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-278/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver