Məhkəmə qərarları › İş №3(007)-2782/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2782/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2782/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Gürcüstan Respublikasının Telavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 108, mənzil 32-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 31 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 03 fevral 2024-cü il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Kontakt Home” mağazasının qarşısı ilə ikinci zolaqda təxminən 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön bamper hissəsi ilə vurması nəticəsində ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 03 fevral 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində o, idarə etdiyi “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospektində “Kontakt Home” mağazasının qarşısı ilə ikinci zolaqla təxminən 20 km/saat sürətlə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyadanı avtomobilinin ön bamper hissəsi ilə vurmuşdur. Dərhal avtomobili saxlayaraq aşağı düşüb həmin piyadaya yaxınlaşmış, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və hadisə yerinə TTYS-nin əməkdaşlarını dəvət etmişdir. Onların köməkliyi ilə qadını əvvəlcə Sabunçu xəstəxanasına aparmış, müayinələrdən keçdikdən sonra təkrar bütün bədən nahiyyəsinin müayinəsi məqsədi ilə təcili tibbi yardım avtomobilinin köməkliyi ilə 1 saylı X1 getmişdir. Orada sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs müayinəsindən sonra həkim Nazəninə heç bir xəsarətinin olmadığını bildirsə də o, öz istəyi ilə bir gün həmin klinikada qalmaq qərarına gəlmiş, bir gün qaldıqdan sonra növbəti gün, yəni 04 fevral 2024-cü il tarixdə həkim xəsarət almadığını bildirmiş, xəstəxanadan çıxa biləcəyi qərarı verildikdən sonra Nazənin ona zəng vurmuş və onu klinikadan çıxarmağı xahiş etdikdən sonra o, klinikaya yaxınlaşmış, onu oradan çıxarıb, yaşadığı evinə aparıb təhvil vermişdir. Sonra evinə yenə getmiş, vəziyyəti ilə maraqlanmışdır. Əməlindən səmimi peşmandır. Taksi fəaliyyəti ilə məşğul olur. O, uşaqlarının gələcəyinə görə həyatda həmişə belə bir hadisənin baş verəcəyindən qorxmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, zərərçəkmiş şəxs ona vurulan zərərin ödənilmədiyini, şikayətçi olduğunu göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 03 fevral 2024-cü il tarixdə saat təxminən 19:02 radələrində o, evə lazımı əşyaları almaq üçün marketə gedən zaman Q.Qarayev prospektində yolun bir hissəsini keçib, digər bir hissəsini keçən zaman sağ istiqamətdə hərəkət edən “Prius” markalı avtomobil onun sağ yan tərəfindən vurmuşdur. Hadisə zamanı baş nahiyyəsi yerə çırpılmış və o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən sonra təcili tibbi yardım avtomobilinin köməkliyi ilə onu Sabunçu kilinikasına aparmışlar. Lakin xəsarəti baş nahiyyəsində olduğuna görə onu təkrar təcili tibbi yardım avtomobili ilə X1 aparmışlar. O, KTM-də həkimlərin müayinəsindən sonra bir gün stasionar müalicə almışdır. Növbəti gün, yəni 04 fevral 2024-cü il tarixdə ambulator müalicədən evə buraxılmışdır. Sürücü onu taksi vasitəsi ilə yaşadığı evə gətirmişdir. Baş vermiş hadisəyə görə onu vuran şəxs Şəxs şikayətçidir. Azad ona maddi və mənəvi ziyan vurmuşdur. Konkret olaraq tələbi onun “Diaqnoz” tibb mərkəzinə aparılması, başının yoxlatdırılması, 2 ay işləyə bilməyəcəyi üçün əmək haqqını və əlavə olaraq 2 aylıq kirayə pulunu Şəxs tələb edir. İşdə olan canlı şəxsin ekspertizasına dair 12 mart 2024-cü il tarixli TS-08 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənilmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 aprel 2024-cü il tarixli 8/746 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 13 may 2024-cü il tarixli qərardan görünür ki, 1-HK-69 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməsinə dair də sübut təqdim edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar