Məhkəmə qərarları › İş №3(007)-2785/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2785/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2785/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin sahə inspektoru X5 iştirakları ilə, xx.xx.1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan (AA 2892662) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 24cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, gecə satlarında ünvan 2 ünvanında yerləşən hosteldən X3 məxsus geyim əşyalarını, şəxsiyyət vəsiqəsini və plastik kartını oğurlayaraq, zərərçəkmiş şəxs X3 ümumulikdə 350-400 ( üç yüz əlli – dörd yüz) ) manat dəyərində maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi tərəfindən xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin sahə inspektoru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Lakin iş məhkəməyə təqdim edildikdən sonra əməli törətmiş şəxsin qohumları tərəfindən zərər ödənilmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokolda göstərilən xətanı törətməsini etiraf edərək, qeyd etdi ki, vurduğu ziyan tam ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclas zalında tərəflərin barışdığını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını bildirirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında ona vurulmuş ziyanın tam ödənildiyini, Şəxs şikayət və tələbinin olmadığını, onunla barışdığı bildirmiş, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarındakı Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin təhqiqatçısı Hüseyn Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə olunduğundan və ona dəymiş zərər tam ödənildiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar