Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2790/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Astara rayonu, Siyaku Ərazi Dairəsi, Vaqo kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, müvafiq icra sənədi üzrə borclu Şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin e-2(018)-1426/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi tam təmin edilməmişdir. Qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması, tərtib edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olubolmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən halların mövcud olub-olmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması və s. məsələləri həll etməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-2(018)-1426/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmışdır. Məhkəmə tərəfindən icra işinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)-180/2025 saylı qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmlak vəziyyətinin yoxlanılması, bu barədə hər hansı bir akt və ya arayışın tərtib edilməsi təqdim edilmiş materiallarda mövcud olmamışdır. Şəxsin əmlakının, gəlirinin, pulunun, tutma yönəldilə biləcək əmlakının gizlədilməsinə dair hər hansı bir sübut da protokola əlavə edilməmişdir. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Ssitemindən əldə edilmiş sorğu məlumatlarına əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor müavini kimi çalışır və aylıq 345 manat əmək haqqı alır. Lakin icra məmuru tərəfindən tutmanın borclunun əmək haqqısına yönəldilməsinin mümkünsüzlüyü ilə bağlı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə şəxsin bank hesablarının vəziyyəti barədə müvafiq sorğular verilməmişdir. Onun icra sənədini icra etmək iqtidarında olub-olmaması və ya icra sənədini icra etmək iqtidarında olması, lakin onu icra etməməsindəki təqsirinin konkret nədə ifadə edilməsi təqdim edilmiş protokoldan və sənədlərdən görünmür. Belə ki, tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası İcra haqqında Qanunun 45-ci maddəsində müəyyən edilmişdir. Həmçinin tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi əsasları və qadası Qanunun 63, 64, 65-ci maddələrində müəyyən edilmişdir. Həmin maddələrdə tutmanın borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi zamanı hər hansı bir əlavə məhkəmə qərarı və ya tələbkarın razılığı tələb edilmir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Hazırki inzibati xəta haqqında material üzrə isə müvafiq icra sənədləri üzrə bildirişin borcluya nə vaxt təqdim edilməsini müəyyən etməyə imkan verən sübutlar əlavə edilməmişdir. Təqdim edilmiş materialdan görünür ki, borclu barəsində “borclunun axtarılması barədə” qərar qəbul edilmiş, borclunun izahatı hazırki protokolun tərtib edildiyi tarixdə alınmışdır. Yəni təqdim edilən materialdan belə nəticəyə gəlinir ki, borclu barəsində axtarış qərarı bugünki tarixdə icra edilmiş, borcluya “tələbin könüllü icrası barədə” bildiriş bugünki tarixdə təqdim edilmişdir. Halbuki qanunun tələbinə görə borcluya tələbin könüllü icrası barədə bildirş təqdim edilməli, daha sonra könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədinin icrası təmin edilmədiyi halda müvafiq icra tədbirləri, məsuliyyət tədbirlərinin tətbiqinə başlanılmalıdır. Lakin hazırki təqdimat natamam tərtib edilmiş, materiala borclunun könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədinin icrasını təmin etməməsini, icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmasını təsdiq edilən sübutlar əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, borclu barsəində məsuliyyət tədbirləri könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədinin icrası üzrsüz səbəbdən təmin edilmədiyi halda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə qeyd edir ki, Astara rayonu, Siyaku Ərazi Dairəsi, Vaqo kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığına, tərtib edilmiş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-2790/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2790/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver