Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2791/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1972-cı ildə ünvan 1 ünvanında yaşayan Vahabova (Cəniyeva) Naibə Rafiq qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, barəsində protokol tərtib edilmiş fiziki şəxsin ünvanı, ünvan 2örədildiyi yer Bakı şəhəri, Nəsimi rayonu müəyyən edilmişdir. Belə olduğu təqdirdə həmin işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aidiyyəti müəyyən edilməmişdir. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)- 1915/2023 nömrəli qərardadı ilə sözügedən protokol natamam olduğundan geri qaytarılmış, lakin protokol tərtib edən orqan tərəfindən natamamlıq aradan qaldırılmadan yenidən məhkəməyə göndərilmişdir. Şəxsin ünvanı düzgün müəyyən edilməli, həmin ünvana inzibati cərimə qərarı göndərilməli, qərarın şəxsə rəsmi qaydada çatdırılması təsdiq edilməli, qərarı qüvvəyə mindiyi vaxtdan sonra 3 ay ərzində cərimə qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, həmin şəxs barədə İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilib, həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə göndərilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-110-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2791/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2791/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver